Maksim Oreşkin: "Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 26 faiz artıb"
"Bu ilin 9 ayı ərzində Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 26 faiz artıb".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxışında bildirib.
O deyib: "Bu ilin 9 ayı ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi 26 faiz artaraq 1,9 milyard dollar həddini aşıb. Azərbaycana Rusiyadan idxalın həcmi 30,7 faiz artaraq 1,4 milyard dollar, bu ölkəyə ixracat isə 14,5 faiz artaraq 546,7 milyon dollar təşkil edib".
Nazir qeyd edib ki, Rusiya azərbaycanlı tərəfdaşlarla sənaye, nəqliyyat, logistika, gəmiqayırma, kənd təsərrüfatı, İT, turizm, sərmayə qoyuluşu sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişafında sözlə yox, həqiqətən maraqlıdır. Hər iki ölkə aqrosənaye sahəsində əməkdaşlığı inkişaf etdirmək, o cümlədən məhsulların keyfiyyətinə nəzarətin və gömrük prosedurlarını təkmilləşdirmək üçün müvafiq addımlar atır.
O həmçinin dekabrda Bakıda, Azərbaycan-Rusiya Hökumətlərarası komissiyasının növbəti iclasının keçiriləcəyini, bir sıra mühüm sənədlərin imzalanacağını qeyd edib. M.Oreşkin hazırda həyata keçirilən bir sıra layihələrin, o cümlədən "SOCAR Polymer" zavodu, "Həyat Farm" birgə müəssisəsi, Azərbaycanda açılacaq Həştərxan işgüzar mərkəzi və Həştərxanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Biznes Mərkəzi, Bakı-Quba-Rusiya dördzolaqlı yolu və digər layihələrin ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verdiyini vurğulayıb.
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib