Mark Sukerberq İlon Maskın qaydasız döyüş təklifini qəbul etdi: "Mənə ünvanı göndər" - FOTO

Mark Sukerberq İlon Maskın qaydasız döyüş təklifini qəbul etdi: Mark Sukerberq İlon Maskın qaydasız döyüş təklifini qəbul etdi: "Mənə ünvanı göndər" - FOTO
"Meta" korporasiyasının rəhbəri Mark Sukerberq "Tesla" və "SpaceX"in baş direktoru, həmçinin "Twitter"in sədri İlon Maskın qaydasız döyüş təklifini qəbul edib.
Bu barədə "The Verge" nəşri məlumat verib.
Nəşrin yazdığına görə, "Meta"nın "Twitter"in analoqunu hazırlaması ilə bağlı sosial şəbəkələrdə çıxan xəbərlərdən dərhal sonra İlon Mask Sukerberqi rinqə, "qəfəs" döyüşünə çağırıb.
"Razı olsa, mən onunla qəfəsdə döyüşməyə hazıram", - deyə o, "Twitter" hesabında paylaşım edib.
Təxminən bir gün sonra Mark Sukerberq "İnstagram" hesabının "Hekayə" bölümündə etdiyi paylaşımda Maska cavab ünvanlayıb. Sukerberq Maskın yazısı olan skrinşotu dərc edib və "Mənə ünvanı göndər" ("Send Me Location") deyə şərh verib.
"The Verge" nəşri "Meta"dakı mənbələrə istinadən bildirib ki, Sukerberqin paylaşımı zarafat deyil və kifayət qədər ciddidir.
"Veqas, Oktaqon", - deyə İlon Mask qısa müddət ərzində "Twitter"də rəqibinə cavab verib. O, Las-Veqasda yerləşən "Octagon MMA" arenasına işarə edib.
Həmçinin Mask bildirib ki, onun məşhur hərəkəti "morj" adlanır. Mask bu zaman sadəcə düşmənin üzərinə uzanır və heç nə etmir.
"The Verge" hesab edir ki, Mask və Sukerberq layiqli rəqiblərdir, onların arasında aşkar favorit yoxdur. Bir tərəfdən, 51 yaşlı Mask rəqibindən iridir və gəncliyində Cənubi Afrikada əsl küçə döyüşlərində iştirak etdiyini deyir. Digər tərəfdən, 39 yaşlı Sukerberq artıq ciu-citsu üzrə turnirlərdə qalib gəlmiş "iddialı MMA döyüşçüsüdür".
Mark Sukerberq İlon Maskın qaydasız döyüş təklifini qəbul etdi: / oxu.az

Maraqlı       Tarix: 23 iyun 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin


azerbaycan xeberleri yeni xeberler son xeberler az xeber xeberler bu qun krimnal bugun son.xabar