Maştağadakı qətlin TƏFƏRRÜATI: Qadının əri də çoxsaylı bıçaq zərbələri ilə öldürülübmüş

Maştağadakı qətlin TƏFƏRRÜATI: Qadının əri də çoxsaylı bıçaq zərbələri ilə öldürülübmüşYanvarın 24-də Maştağa qəsəbəsinin südçülük sovxozu ərazisində baş verən qətl hadisəsi hələ də müzakirə olunur.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü Emil Ağayev bıçaqla xəsarətlər yetirərək 67 yaşlı anası Həyat Ağayevanı qətlə yetirib.
İddialara görə, Emil Ağayev əvvəllər narkotik asılılığı səbəbi ilə aidiyyəti üzrə dispanserdə müalicə alıb. Mərhumun yaxınları bildiriblər ki, o, cinayəti əvvəlcədən planlaşdırıb.
Belə ki, hadisədən əvvəlki gecəni həyat yoldaşı ilə birlikdə qayınanasının evində keçirən Emil Ağayev səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib və onun təcili evə gəlməsini xahiş edib. Daha sonra isə anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib. KONKRET.az Bizim.Media-ya istinadən xəbər verir ki, Emil Ağayev anasını pula görə xüsusi amansızlıqla öldürüb.
Belə ki, hadisə baş verən gün Emil anasından pul istəyib. O, isə qız köçürdüyünü və cehiz hazırlığı ilə bağlı pulunun olmadığını bildirib. İddia olunur ki, cinayət məhz bu mübahisə üzündən törədilib.
Digər mənbənin bildirdiyinə görə, Emil Ağayev kifayət qədər mədəni, sakit və problemsiz biri olub. Onun pula ehtiyacı olmadığı, hətta dükan işlətdiyi də bildirilib.
Qətlə yetirilən Həyat Ağayeva isə 67 yaşında olmasına baxmayaraq, evinə yaxın Südçülük sovxozunda işləyib. İş yoldaşlarının dediyinə görə, o, çox zəhmətkeş və övladlarını min bir əziyyətlə böyüdən ana olub. Aldığı əməkhaqqı və pensiyası ilə Emilə aldığı avtomobilin kreditini ödəyirmiş.
Hadisə ilə bağlı daha dəhşətli məqamlar da ortaya çıxıb. Belə ki, Emil Ağayevin atası Xanlar Ağayev də illər öncə Rusiyada 35 bıçaq zərbəsi ilə qətlə yetirilib.
Qeyd edək ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Emil Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Hadisə       Tarix: 28 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində


azerbaycan xeberleri son xeberler yeni xeberler meherremlik 2026 son xeberler azerbaycan hava haqqinda maliyye xeberler bugun