Mədəndə öyrəndiklərini tətbiq etdi: Ailəsi ilə dağıntılar altından xilas oldu - FOTO

Mədəndə öyrəndiklərini tətbiq etdi: Ailəsi ilə dağıntılar altından xilas oldu - FOTOMədəndə öyrəndiklərini tətbiq etdi: Ailəsi ilə dağıntılar altından xilas oldu - FOTO
Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı adıyamanlı kişi mədəndə öyrəndikləri sayəsində ailəsini dağıntılar altından xilas edib.
Bu barədə danışan Müslüm Akbulutun sözlərinə görə, zəlzələ günü gecə növbəsində işləyib və evə gec qayıdıb. Yuxudan təkanlara görə ayılan kişi əvvəl çaşqınlığa düşüb, sonra özünü ələ alaraq ailə üzvləri ilə evdən qaçmağa çalışıb. Lakin yuxarı mərtəbədən düşərkən üzərində olduqları pilləkən çöküb. Onlar həmin hissədə qapalı qalıblar. Həmin vaxt böyük qorxu yaşadıqlarını deyən kişi sözlərinə belə davam edib:
"Böyük oğlum ayağının ilişdiyini dedi, birtəhər dağıntının o biri tərəfinə keçib ayağını çıxartdım, sağıma dönəndə kiçik bir işıq gördüm və mənim üçün bir ümid yarandı. Oğlumun ayağını çıxarandan sonra, səsləndim, anladım ki, uşaqların hamısı salamatdır. Bir parça beton götürdüm, işıq gələn yeri vuraraq dəliyi genişləndirməyə çalışdım. Bir adam keçəcək qədər genişlənəndən sonra uşaqlarımı bir-bir çıxartdım. Əvvəllər işlədiyim mədən sahəsindəki təcrübəmlə dəliyi genişləndirərək özümüzü xilas etdik".
Leyla Akbulut zəlzələ baş verən vaxt yuxudan sərsəm ayıldıqlarını və nə edəcəklərini bilmədiklərini deyib. Onun sözlərinə görə, pilləkən çökəndə isə lap qorxublar, ancaq həyat yoldaşının təcrübəsi onları xilas edib:
"Yoldaşım orada bir işıq gördü və həmin yeri genişləndirməyə başladı. Qızım - "ana kürəyimə nəsə düşdü, gözüm görmür", - dedi. Mən ona təsəlli üçün qan təzyiqindən belə olduğunu, qorxmamasını, yanında olduğumu dedim. Sonra yoldaşım bizim çıxmağımız üçün yer açdı, bütün uşaqlarımı, sonda da dağıntılar altında əzilən qızım Ezgini çıxartdı".
Qeyd edək ki, bina çökərkən yaralanan Ezgi artıq Şanlıurfada əməliyyat olunub və müalicəsi orada davam edir.
Mədəndə öyrəndiklərini tətbiq etdi: Ailəsi ilə dağıntılar altından xilas oldu - FOTOMənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 13 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber az xəbər.az xankendi xəbər