Media diplomatiyasının YÜKSƏLİŞİ - Azərbaycan mətbuatı qlobal İNFORMASİYA CƏBHƏSİNDƏ

Media diplomatiyasının YÜKSƏLİŞİ - Azərbaycan mətbuatı qlobal İNFORMASİYA CƏBHƏSİNDƏKütləvi informasiya vasitələrinin hakimiyyətin dördüncü qolu adlandırıldığı məlumdur. Bu ifadə jurnalistikanın daxili siyasətdə rolunu vurğulamaq üçün istifadə olunur. Ancaq müasir dövrdə beynəlxalq münasibətlər sistemində medianın siyasi hadisələrin gedişatına təsiri danılmazdır.
Bunun nəticəsidir ki, media diplomatiyası anlayışı meydana çıxıb. Bu termin dövlətlərin rəsmi diplomatik kanallardan əlavə olaraq, jurnalistlər vasitəsilə öz mövqelərini, siyasi baxışlarını və milli maraqlarını beynəlxalq ictimaiyyətə çatdırması kimi ifadə edilir.
Media diplomatiyasının Azərbaycan nümunəsi
Azərbaycan Prezidenti İlham Əliyevin xarici səfərlərində jurnalistlərin iştirakı sadəcə protokol elementi deyil, eyni zamanda informasiya diplomatiyasının strateji alətidir. Azərbaycan mediasının informasiya diplomatiyasında rolu Albaniyada keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində bir daha özünü göstərdi.
Media diplomatiyasının YÜKSƏLİŞİ - Azərbaycan mətbuatı qlobal İNFORMASİYA CƏBHƏSİNDƏTəbii ki, Azərbaycan media nümayəndələrinin bu cür beynəlxalq tədbirdə Prezident İlham Əliyevi müşayiət etməsi yalnız xəbərləri dəqiq və operativ çatdırmaq məqsədi daşımırdı. Bu, həm də Azərbaycanın siyasi və diplomatik mövqeyinin, regional reallıqlara dair yanaşmasının beynəlxalq auditoriyaya birbaşa çatdırılması baxımından vacib idi.
Rəsmi qarşılama mərasimində diqqətçəkən məqamlar
Mayın 16-da "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak edən liderləri Albaniyanın Baş naziri Edi Rama qarşılayıb. Daha sonra isə bir sıra dövlət və hökumət başçıları jurnalistlərə yaxınlaşaraq onların suallarını cavablandırıblar. Bu məsələdə azərbaycanlı jurnalistlərin aktivliyi xüsusi ilə diqqət çəkib.
Media diplomatiyasının YÜKSƏLİŞİ - Azərbaycan mətbuatı qlobal İNFORMASİYA CƏBHƏSİNDƏBelə ki, NATO-nun baş katibi Mark Rütte, Avropa Şurasının baş katibi Alen Berse, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen kimi nüfuzlu təsisatların liderləri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Fridrix Merts, Ukrayna Prezidenti Volodimir Zelenski Xorvatiyanın Baş naziri Andrey Plenkoviç, Finlandiyanın Baş naziri Petteri Orpo kimi dövlət və hökumət başçıları Azərbaycan mediasının suallarını cavablandırıblar.
Qeyd edilməsi vacib olan məqamlardan biri də Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın İctimai Televiziyasına verdiyi eksklüziv açıqlamadır. Xüsusilə diqqətçəkən isə jurnalistin müraciətindən sonra Paşinyanın geri qayıdaraq sualları cavablandırması oldu. Bu, təkcə Paşinyanın siyasi mövqeyini nümayiş etdirmədi, eyni zamanda Azərbaycan mediasının beynəlxalq nüfuzunu və peşəkarlığını da ortaya qoydu.
Media diplomatiyasının YÜKSƏLİŞİ - Azərbaycan mətbuatı qlobal İNFORMASİYA CƏBHƏSİNDƏJurnalistlərin diplomatiya cəbhəsində rolu
Prezident İlham Əliyevin xarici səfərlərində media nümayəndələrinin iştirakı həm informasiya təhlükəsizliyi, həm də milli mövqelərin beynəlxalq auditoriyaya çatdırılması baxımından əvəzsiz rola malikdir. Bu həm də bəzi xarici dairələrin informasiya manipulyasiyası və saxta məlumatlar tirajlamaq cəhdlərini də böyük ölçüdə əngəlləyir. Beləliklə, həm ölkə ictimaiyyəti məlumatlandırılır, həm də beynəlxalq informasiya mühitində Azərbaycanın mövqeyi dəqiqliklə təqdim olunur.
Digər tərəfdən, yerli media nümayəndələrinin bu cür nüfuzlu beynəlxalq toplantılarda iştirak etməsi onların xarici rəsmilər və jurnalistlərlə münasibətlərinin formalaşmasına imkan verir. Bu isə gələcək perspektivdə informasiya mübadiləsi və Azərbaycanın siyasi mövqeyinin daha geniş auditoriyaya çatdırılması üçün vacib məqamdır.
Media diplomatiyasının YÜKSƏLİŞİ - Azərbaycan mətbuatı qlobal İNFORMASİYA CƏBHƏSİNDƏYəni, Albaniyada keçirilən Zirvə toplantısında da jurnalistlərin iştirakı təkcə müxbirlik funksiyasından ibarət deyildi. Onlar həm də Azərbaycan diplomatiyasının informasiya qanadını təşkil edirdilər.
Mətbuatımızın yeni inormasiya düzənindəki funksiyası
Xüsusi ilə qeyd etməliyik ki, Qarabağ müharibəsi və post-münaqişə dövrünün informasiya savaşı müstəvisində media nümayəndələrinin beynəlxalq səfərlərdə iştirakı, dünya liderlərinin Azərbaycan mediasının suallarını cavablandırması həm də bölgədə yeni informasiya düzəninin formalaşdığını göstərir.
Yeni informasiya düzəni şəraitində isə medianın rolu təkcə xəbəri çatdırmaqla bitmir. Artıq mətbuatımız informasiya təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq miqyasda dezinformasiyanın qarşısının alınmasında və ictimai rəyin formalaşdırılmasında həlledici vasitəyə çevrilir…
Media diplomatiyasının YÜKSƏLİŞİ - Azərbaycan mətbuatı qlobal İNFORMASİYA CƏBHƏSİNDƏMedia diplomatiyasının YÜKSƏLİŞİ - Azərbaycan mətbuatı qlobal İNFORMASİYA CƏBHƏSİNDƏMedia diplomatiyasının YÜKSƏLİŞİ - Azərbaycan mətbuatı qlobal İNFORMASİYA CƏBHƏSİNDƏAnar Tahirov, Bizim.Media informasiya portalının baş redaktoru / konkret.az

Siyasi       Tarix: 18 may 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər xabarlar bu gune olan xeberler