Məhbuslar avtomobili yarma vərdişlərindən istifadə edərək uşağı xilas ediblər - FOTO/VİDEO
Məhbuslar avtomobili yarma vərdişlərindən istifadə edərək uşağı xilas ediblər - FOTO/VİDEO
ABŞ-ın Florida ştatında məhbuslar avtomobil yarmaq vərdişlərindən istifadə edərək maşında bağlı qalan uşağı xilas ediblər.
Bu barədə "Unilad" xəbər yayıb.
Bildirilir ki, floridalı kişi təsadüfən bir yaşlı qızını maşının içində qoyub. O, ətrafdakılardan yardım istəyib. Avtomobilin ətrafına çoxlu insanlar toplaşıb.
Həmin vaxt bir qrup məhbus yolun təmiri ilə məşğul idilər. Səs-küy onların da diqqətini cəlb edir. Məhbusların başının üzərində duran şerif floridalı kişiyə öz yardımını təklif edir.
Uşağın anasının çəkdiyi videoda məhbus geyimində olan bir qrup insanın avtomobilin qapısını açdığı görünür.
"Bu insanlar vaxtilə səhv ediblər. Biz onları cəmiyyətə qaytarmaq üçün reabilitasiya etməyə çalışırıq. Onların bir çoxu öz təqsirlərini, səhv seçim etdiklərini bilirlər, amma həyatı yenidən yoluna qaytarmaq istəyirlər", - deyə hüquq mühafizəçi bildirib.
Beləliklə məhbusların xüsusi bacarıqları sayəsində balaca qız sağ-salamat valideynlərinə qovuşub.







Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR