"Mənə dəymə, mən də sənə dəymərəm" - İlham Əliyev

"Bilirəm ki, Avropa İttifaqında siz böyük təzyiqlərə məruz qalırsınız. Bu da Avropa məkanındakı elan edilmiş demokratik prinsiplərin tamamilə pozulmasıdır. Macarıstana qarşı sanksiyalar tətbiq edildi? Edildi. Macarıstana çatacaq vəsaitdən Macarıstan məhrum edildi? Edildi. Nə üçün? Çünki Macarıstan ənənəvi dəyərləri müdafiə edir. Öz əhalisini müdafiə edir. Zərərli təsirdən öz gənclərini qoruyur. Ailə dəyərlərini ən yüksək dəyər kimi bəyan edir. Buna görə bu ənənəvi dəyərlərə qarşı olanlar və dünyanı uçuruma aparanlar Macarıstana qarşı sanksiyalar tətbiq edirlər".
KONKRET.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrainin çıxışına münasibət bildirərkən deyib.
Dövlət başçısı bildirib ki, bu, ağlasığmaz bir məsələdir:
"NATO-nun üzvü olasan, Avropa İttifaqının üzvü olasan, Avropanın mərkəzində yerləşəsən, öz siyasətini aparmaq istəyən bir ölkəyə sanksiya tətbiq edilir. Bəs, demokratiya haradadır? Hamı eyni fikirdəmi olmalıdır? Hamı orada bəzi Qərb ölkələrində oturanların sözü iləmi oturub-durmalıdır? Kim onlara bu haqqı qazandırır? Onların keçmişi heç də onlara şərəf gətirmir. Onların keçmişi qanla doludur. Onların keçmişi müstəmləkəçilikdir. Onların keçmişi xalqlara əzab verməkdir, qanunsuz işğaldır. Bu gün də müstəmləkəçilik siyasəti Avropa İttifaqında davam edir. Amma kimsə onlara irad tutur? Yox. Ona görə Macarıstan mübarizənin ön cəbhəsindədir və mən dəfələrlə dostum Viktor Orbana demişəm ki, sizə daha çətindir. Biz burada yerləşmişik, biz Avropa deyilik, necə deyərlər, Avropa ailəsinə girmək də istəmirik, istəsəydik də heç kim bizi oraya buraxmazdı. Ona görə biz burada yaşayırıq, heç kimin, necə deyərlər, sözü ilə oturub-durmuruq, heç kimə imkan vermirik ki, gəlsin buraya bizim işimizə müdaxilə etsin. Mənə dəymə, mən də sənə dəymərəm. Sən mənə dəyəcəksənsə, onda gözlə, sənin də başın ağrıyacaq. Amma Macarıstan orada yerləşir və hər gün təzyiqlərə məruz qalmaq nə qədər çətindir, bunu mən bilirəm. İndi Macarıstan Avropa İttifaqına sədrlik edəcək. İndidən artıq Macarıstana qarşı plan cızılır ki, bu sədrlik, necə deyərlər, sarsılsın və bu sədrlikdən Macarıstan necə məhrum edilsin".

Siyasi       Tarix: 06 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler gunun xeberleri xeberler bu qun maşın realiti şou