Menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramının 10 ili tamam olur - FOTO
Azərbaycan sahibkarlarının beynəlxalq təcrübəyə yiyələnməsi, bilik və bacarıqlarının artırılması məqsdilə İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi tərəfindən həyata keçirilən "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nın fəaliyyətə başlamasından 10 il ötür.
Milli.Az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, 2009-cu ildən icra olunan Proqramın əlaqələndiricisi Azərbaycan tərəfindən KOBİA, Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətidir (GİZ).
Noyabrın 28-də Bakı Biznes Mərkəzində Azərbaycan və Almaniya rəsmilərinin, proqramdan yararlanmış sahibkar və menecerlərin iştirakı ilə menecerlərin ixtisasının artırılması proqramı üzrə idarəetmə komitəsinin iclası keçirilib.
Tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Almaniyanın Azəraycandakı səfiri Volfqanq Maniq, Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin nümayəndəsi Haynts Hetmayer və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək ölkələrimz arasında iqtisadi əməkdaşlığa, "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nın icrasına və sahibkarlar üçün faydasına dair fikirlərini bölüşüblər.
Sonra KOBİA-nın və GİZ-in nümayəndələri Azərbaycan və Almaniya tərəfinin proqrama dair hesabatlarını təqdim ediblər. Qeyd olunub 10 il ərzində proqramdan 422 sahibkar və menecer yararlanıb ki, onlardan 88-i qadındır. 50%-ə yaxını KOB-lar olan proqram çərçivəsində 2009-2019-cu illərdə 60-dan çox tədbir, təlim, seminar və tanışlıq səfərləri təşkil olunub. Proqramda iştirak edənlərin 44%-i xidmət, 26%-i istehsal, 23%-i ticarət, 7%-i isə digər sahələrdə fəaliyyət göstərən sahibkar və menecerlərdir. Proqram çərçivəsində Almaniya şirkətləri ilə ikitərəfli əlaqələr quran Azərbaycan şirkətləri indiyədək əməkdaşlığa dair 350-dən çox müqavilə imzalayıblar.
İclas çərçivəsində proqramın məzunları - müxtəlif şirkətlərdə fəaliyyət göstərən menecer və sahibkarlar təqdimatlarla çıxış edərək proqramın onların biznes fəaliyyətinə müsbət təsirləri barədə fikirlərini bölüşüblər.
Tədbirdə həmçinin, proqrama və gələcək əməkdaşlığa dair müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib.
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib