Mərdəkan şosesində ölümlə üz-üzə - REPORTAJ

Mərdəkan şosesində ölümlə üz-üzə - REPORTAJMərdəkan şosesində ölümlə üz-üzə - REPORTAJ
Bura çoxlarımıza tanış olan tez-tez piyada  vurulması hallarının baş verdiyi Mərdəkan şosesi ilə Qala-Pirallahı yolunun kəsişməsidir.
10 ildən artıqdır bu stareji əhəmiyyətli magistral yol salınanda ətraf ərazilərdə demək olar ki, yaşayış yerləri yox idi. Lakin əhalinin sürətli artım tempi və urbanizasıya nəticəsində azı son beş ildə yolun kənarında yeni yaşayış yerləri salınıb, əhali çoxalıb. 
Baku.Tv-nin "Xəbər" buraxılışında yayımlanan sujetdə qeyd olunub ki, yol boyunca bir neçə nöqtədə avtobus dayanacaqları olsa da, sakinlərin bir tərəfdən qarşı tərəfə keçməsi nəzərə alınmayıb. Mərdəkan şosesinin Qala-Pirallahı yolu ilə kəsişməsindəki bu acınacaqlı mənzərə problemi tam şəkildə ortaya qoyur. Şəhərə getmək istəyən sakinlər sürət həddi 120 kilometr müəyyən edilmiş bu səkkiz zolaqlı yolu həyatları bahasına keçmək məcburiyyətində qalırlar.
Sakinlərin sözlərinə görə, hər il bu yolda piyadaların ölümü ilə nəticələn onlarla qəza hadisəsi yaşanır:
"Lakin 5 ildir ki, aidiyyatı qurumlar burada yerüstü və ya yeraltı piyada keçidinin inşası ilə bağlı qərar verə bilmirlər."
"Hər ay bir neçə piyadanı maşın vurur burda, qorxu içində keçirik yolu. Yolu keçmək üçün ya həyatımızı risqə atmalıyıq ya da əlavə pul verib gedib iki kilometr yol fırlanıb gəlməliyik".
Sakinlər hər an təhlükə altında qaldıqlarını bildiriblər: "Dövlət başçısı hər gün vəsait ayırır, amma pulu yeyirlər".
Şəhərdə yol hərəkətinin təşkili və təhlükəsizliyinə cavabdeh olan qurum - Bakı Nəqliyyat Agentliyi, habelə keçidlərin tikintisi həyaya keçirən qurum - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirdilər ki, bununla bağlı Nazirlər Kabineti Yol Hərəkəti Təhlükəsizliyi komissiyası təklif hazırlayıb və hökumətə təqdim edilib.
BNA sözçüsü Mais Ağayevin sözlərinə görə, Yol təhlükəsizliyi komissiyasına sözügedən ərazi də daxil olmaqla 41 yerdə piyada keçidinin inşası ilə bağlı göndərilən təkliflər qəbul olunub.
Lakin əsas sual ondan ibarətdir ki, keçidi salmaq üçün niyə illərlə gözləmək lazımdır? Dövlət vətəndaşların təhlükəsizliyi üçün külli miqdarda vəsait ayırırsa, niyə iş icra olunmur? Piyada keçidlərinin inşasını həyata keçirən Avtomobil Yolları Üzrə Dövlət Agentiyi də bildirir ki, yaxın gələcəkdə bu ərazidə keçid quraşdırılacaq….
AAYDA-nın sözçüsü Anar Nəcəfli  qeyd edib ki,  sözügedən ərazi və başqa bir neçə yerdə piyada keçidlərinin inşası ilə bağlı təkliflər yollanılıb:
"Yaxın gələcəkdə ərazidə piyada keçidi quraşdıralacaq".
İkinci sual ortaya çıxır. Hansı yaxın gələcək? Bir ay sonra, bir il sonra, yoxsa 10 il sonra? Və ən vacib sual – bu başıbəlalı yolda daha nə qədər piyada qarşı tərəfə keçərkən maşın altında qalacaq? Aidiyyatı qurumlar bu suala cavab tapmaqdansa, vaxt itirmədən işə başlasalar yaxşı olar.

Sail Ağasəlim , Vasif Miradəmoğlu /oxu.az

Sosial       Tarix: 07 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun en son xeberleri xeber cəbhədən son vəziyyət