Meşədən toplaya biləcəyiniz ən məşhur 5 dərman bitkisi

Meşədən toplaya biləcəyiniz ən məşhur 5 dərman bitkisiMeşələrimiz yalnız göbələk və giləmeyvə ilə deyil, həm də sağlamlığı yaxşılaşdıran, faydalı bitkilərlə doludur.
Təbii vasitələrə üstünlük verən hər kəs meşədən bu cür bitkiləri toplayıb istifadə edə bilər.
Ancaq bədəninizin vəziyyətini nəzərə alaraq hansı otların, hansı miqdarda istifadə edilməli olduğu barədə həkimlə məsləhətləşməyi unutmayın.
KONKRET.az təbii halda bitən 5 şəfalı bitkini təqdim edir:
Bağayarpağı
Təbiətdə vaxt keçirərkən yaralansanız, dərhal bağayarpağı axtarmalısınız. Bu bitki əsl ilk yardım vasitəsidir. Çünki iltihab əleyhinə, yara sağaldıcı və hemostatik təsir göstərir. Onun tərkibində tanninlər, polisaxaridlər, vitaminlər, o cümlədən K vitamini var.
Bağayarpağını dərinin zədələnmiş bölgələrinə tətbiq etməzdən əvvəl yaxşıca yumaq lazımdır.
Palıd qabığı
Palıd qabığı mədə və bağırsaq problemləri üçün kifayət qədər sürətli təsir göstərən vasitə hesab olunur.
Tərkibində patogen mikroblarla mübarizə aparan taninlər və bağırsaqlarda mənfi prosesləri dayandıran pektinlər var.
Çobanyastığı
Çobanyastığı çayını hər aptekdə və mağazada tapmaq olar. Ancaq onu özünüz də toplaya bilərsiniz.
Bu çay həddindən artıq iş zamanı ümumi vəziyyəti yaxşılaşdırmaq üçün içilir. Lakin çobanyastığının antiseptik xüsusiyyətləri boğazı müalicə etmək üçün də istifadə edilə bilər. Həmçinin qrip zamanı faydalıdır.
Çobanyastığı çayının əsəbləri sakitləşdirmə xüsusiyyəti də var. Ona görə də bu çayı axşam saatlarında içmək yuxu keyfiyyətinə də müsbət təsir göstərəcək.
Damotu
Bu bitkiyə daha çox yarğanların yaxınlığında rast gəlinir. Yüksək təzyiq zamanı təsirli bir vasitədir.
Həmçinin əsəbləri sakitləşdirmək, yuxusuzluğun qarşısını almaq üçün də istifadə edilir.
Moruq yarpaqları
Meşədə moruq çalılarını aşkar etmisinizsə, təkcə giləmeyvə toplamaqla kifayətlənməyin. Çünki moruğun yarpaqları da müalicəvi təsirlərə malikdir.
Ondan hazırlanan çay həm təravətləndirici içki kimi içilə bilər. Həmçinin bu çay soyuqdəymə zamanı hərarəti aradan qaldırmağa və yuxarı tənəffüs yollarının vəziyyətini yaxşılaşdırmağa kömək edir.
Moruq yarpaqlarında immunitet sistemini dəstəkləmək üçün lazım olan C vitamini, həmçinin ürəyə faydalı olan kalium var. Tərkibindəki maqnezium və flavonoidlər isə beyində yaşa bağlı dəyişikliklərin baş verməsinə qarşı mübarizə aparır.(medicinaaz)

Sağlamlıq       Tarix: 19 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son durum cəbhədən son məlumat futbol xeberleri xeberler bugun