Məşhur pəhrizlərin təsir müddəti hesablandı
Məşhur pəhrizlərin təsir müddəti hesablandı
ABŞ, Çin və Kanadadan olan alimlər qrupunun apardığı tədqiqat nəticəsində məlum olub ki, arıqlamaq üçün olan məşhur pəhrizlər bir il sonra öz effektivliyini itirir.
Araşdırmanın nəticəsi "The BMJ" portalında yerləşdirilib.
Ekspertlər 14 məşhur pəhrizi ("Atkins, "Orniş", "Zon", "Aralıq dənizi", DASH-pəhriz və s.) gözləyən 21 942 nəfərin iştirak etdiyi 121 elmi tədqiqatı təhlil ediblər.
Araşdırmalar zamanı pəhrizin maddələr mübadiləsinə, ürək və qan damarlarının işinə cavabdeh olan qan təzyiqinə, yüksək və aşağı sıxlıqlı lipoproteinlərin konsentrasiyasına, qan plazmasının C-reaktiv zülalına və digər parametrlərə təsiri öyrənilib.
Bildirilir ki, qida proqramına 12 ay riayət edildikdən sonra çəkinin azalması dayanıb və "Aralıq dənizi" istisna olmaqla, pəhrizlərin əksəriyyətinin ürək-damar sisteminin parametrlərinə əlverişli təsiri itib.
Hesabatın müəllifləri qeyd ediblər ki, bu qidalanma proqramları arasında fərq çox cüzidir. Ona görə də insanlar pəhrizə riayət edərkən əldə edilmiş nəticənin saxlanılmasına daha çox diqqət yetirməlidirlər. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb