Məşhur türkiyəli aktyor Mustafa Kamal Atatürkü canlandırdığı filmdən danışdı: "Özümə gələ bilmədim…" - FOTO
Məşhur türkiyəli aktyor Mustafa Kamal Atatürkü canlandırdığı filmdən danışdı: "Özümə gələ bilmədim…" - FOTO
Məşhur türkiyəli aktyor Aras Bulut İynemli Mustafa Kamal Atatürkü canlandırdığı "Atatürk 1881-1919" filminin qala gecəsində çəkilişlərlə bağlı yaşadıqlarından danışıb.
Filmdə Atatürk obrazını canlandıran aktyor çox həyəcanlı olduğunu ifadə edib.
"Həyəcanlı deyiləmmiş kimi davrana bilməyəcəyəm. Çox böyük məsuliyyət daşıyan bir layihənin içindəyəm. Dünyanın ən böyük və ən hörmətli liderlərindən birinin hekayəsindən bəhs etdik. Cümhuriyyətin 100-cü ildönümündə Mustafa Kamal Atatürkün gəncliyini oynamaq şansım oldu. Buna görə də mənim yalnız bir motivasiyam var idi - layiq olmaq. Bunun üçün çox çalışdıq. İki il yarımlıq əməyin sonunda burada qarşınızdayıq", - deyə o bildirib.
Aras Bulut İynemli onu ən çox təsirləndirən səhnədən danışıb.
"Məni ən çox təsirləndirən səhnələrdən biri barədə danışmaq istəyirəm. Atatürkün 1934-cü ildə Anzak analarına yazdığı bir məktub var. Biz o məktubdan Çanaqqala müharibəsinin sonunda istifadə etdik. O səhnəni çəkməzdən əvvəl 15 dəqiqə özümə gələ bilmədim. Bu səhnə, deyəsən, ikinci filmdə olacaq, orada görəcəksiniz. Film əslində altı hissəli bir serial idi, lakin sonradan dəyişiklər oldu və iki filmə çevrildi", - deyə o bildirib.
Qeyd edək ki, "Atatürk 1881-1919" filminin qala gecəsi baş tutub. Tədbirə Aras Bulut İynemli ilə yanaşı, Songül Öden, Esra Bilgiç, Mehmet Günsür, Sarp Akkaya, filmin rejissoru Mehmet Ada Öztekin, prodüseri Saner Ayar, Mustafa Kamal Atatürkün uşaqlığını canlandıran Emre Mete Sönməz, Stiliyan Kovaçev obrazını canlandıran Darko Periç, həmçinin çox sayda kino və mətbuat nümayəndəsi qatılıb.
Eyni zamanda tədbirdə filmdə istifadə olunan geyimlər də nümayiş etdirilib.











Mənbə: Haber Global / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR