Məşhur yazıçı İlon Maska öz işiylə məşğul olmağı tövsiyə etdi - FOTO
Məşhur yazıçı İlon Maska öz işiylə məşğul olmağı tövsiyə etdi - FOTO
İstər personajları, istərsə də çəkilişlərinə görə qızğın müzakirə mövzusu olan "Üzüklərin hökmdarı: Qüdrət üzükləri" ("The Lord of the Rings: The Rings of Power") serialı ətrafında söz-söhbət, görünür, daha bir neçə həftə davam edəcək.
Filmə hətta "Tesla" və "SpaceX"in qurucusu İlon Mask da tənqidi münasibət bildirərək, əsərin müəllifi C.R.R.Tolkinin "məzarında çevrildiyini" deyib.
Ancaq məşhur ingilis yazıçı, "Qum adam"ın ("The Sandman") müəllifi Nil Geymanın biznesmenə cavabı gecikməyib. O, kino və ədəbiyyat üzrə mütəxəssis olmayan amerikalı milyarderin fantastik seriallar haqda dediklərini ciddi qəbul etmədiyini bildirib.
Geymanın sözlərinə görə, Mask "Twitter"i almaq üçün uğursuz cəhdində onunla məsləhətləşmədiyi kimi, yazıçı da filmləri, serialları, kitabları tənqid etmək üçün "Tesla" sahibinə müraciət etmir.
Xatırladaq ki, "Üzüklərin hökmdarı: Qüdrət üzükləri"nin premyerası sentyabrın 2-də baş tutub. Layihə "Amazon Prime Video"nun eksklüzividir.


Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR