Metrodakı səs-küydən herpesə kimi: Gəncləri eşitmə itkisinə məruz qoyan səbəblər - FOTO

Metrodakı səs-küydən herpesə kimi: Gəncləri eşitmə itkisinə məruz qoyan səbəblər - FOTOMetrodakı səs-küydən herpesə kimi: Gəncləri eşitmə itkisinə məruz qoyan səbəblər - FOTO
"Gənclərdə eşitmə itkisi artıq nadir hadisə deyil".
Bu barədə rusiyalı həkim-audioloq-otorinolarinqoloq Yelena Baybakova danışıb.
Onun sözlərinə görə, bunun ən çox yayılmış səbəblərindən biri qulaqlıqlardır.
"Nəzarət olunmayan yüksəksəsli musiqi, xüsusən də metro vibrasiyası ilə birləşdikdə, güclü zədələyici təzyiq yaradır", - deyə o xəbərdarlıq edib.
Mütəxəssis səs-küyü batıran qulaqlıqlardan istifadə edilməyəndə bu halın daha çox müşahidə olunduğunu vurğulayıb və bildirib ki, insan hər gün özünü belə səs yükünə məruz qoyarsa, eşitmə itkisi artıq geri dönülməz hala çevrilər.
"Elə gənc pasiyentlərim olub ki, onların audioqramı vibrasiya və səs-küylə işlədiyi üçün "peşəylə əlaqədar  eşitmə itkisi" olan insanlarınkına bənzəyib. Bu, əsl akustik travmadır", - deyə həkim bildirib.
Metrodakı səs-küydən herpesə kimi: Gəncləri eşitmə itkisinə məruz qoyan səbəblər - FOTOBaybakova eşitmə itkisinin digər səbəbi kimi qulaq kirini göstərib.
"Qulaqda bir kütlə əmələ gəlir, su ilə təmasda yumşalır və keçidi bağlayır", - deyə həkim qeyd edib.
Onun sözlərinə görə, bəzən insanlar təmizlik üçün pambıq çöpündən istifadə edirlər.
"Bu, qulaq kirinin daha dərinə nüfuz etməsinə və tıxac yaranmasına səbəb olur", - deyən mütəxəssis qulaq təmizliyi üçün salfet və ya dəsmaldan istifadəni məsləhət görüb.
LOR həkimi həmçinin tıxacı özbaşına çıxarmamağı qətiyyətlə tövsiyə edib. O, pambıq çöpləri ilə yanaşı, kibrit, sancaq kimi əşyalarla qulaq təmizliyini də təhlükəli adlandırıb, iltihaba və yaralamalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Metrodakı səs-küydən herpesə kimi: Gəncləri eşitmə itkisinə məruz qoyan səbəblər - FOTOOtorinolarinqoloq geri dönüşü olmayan eşitmə itkisinin otit, otoskleroz və herpes kimi xəstəliklər səbəbindən ola biləcəyini də açıqlayıb. Onun sözlərinə görə, bu vəziyyətdə insanın ümumi halı xəstəliyin şiddətindən və müalicəyə başlama vaxtından asılıdır.
Mənbə: Lenta.ru / oxu.az

Maraqlı       Tarix: 04 mart 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber az xəbər.az xankendi xəbər