Meymunçiçəyi ev şəraitində müalicə oluna bilərmi? - HƏKİMDƏN AÇIQLAMA

Meymunçiçəyi ev şəraitində müalicə oluna bilərmi? - HƏKİMDƏN AÇIQLAMA4 gün öncə Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma halı rəsmi olaraq təsdiqlənib. Məlumdur ki, xəstəlik bədəndə səpkilər, əzələ ağrıları, halsızlıq, hərarət, limfa düyünlərinin böyüməsi kimi simptomlarla müşaiyyət edilir.
Bəs görəsən, meymunçiçəyi virusu yoluxan şəxs sağaldıqdan sonra onun orqanizmində hansısa fəsadlar buraxırmı? Xəstə ilə təmasda olan şəxs daşıyıcı sayıla bilər?
KONKRET.az xəbər verir ki, infeksionist Mərdan Əliyev mövzu ilə bağlı BAKU.WS-in bu və digər suallarını cavablanıdıb.
O, bildirib ki, meymunçiçəyi xəstəliyi ona yoluxan şəxs sağaldıqdan sonra orqanizmində heç bir fəsad buraxmır. Sadəcə səpki və yaraların izləri çapıqlaşaraq qala bilir. İzlər isə elə də çox gözə çarpmır, vaxt keçdikcə daha da azalır. Yalnız diqqətlə fikir verdikdə bilinir.
İnfeksionist həmçinin onu da qeyd edib ki, Meymunçiçəyinə yoluxma zamanı ağırlaşmalar – beyinin və ağciyərin iltihabı ola bilər.
"Meymunçiçəyinə yoluxma zamanı müalicə yalnız xəstəxana şəraitində izaliyasiya otaqlarında olmalıdır. Virusa yoluxmuş şəxslə təmasda olan biri daşıyıcı hesab edilə bilməz. Ya həmin adam xəstəliyə yoluxmalı, ya da ümumiyyətlə sağlam olur", – deyə M. Əliyev qeyd edib.
Xatırladaq ki, yanvarın 18-də Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı birgə məlumatda bildirilmişdi ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Simptomlarla yanaşı, epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

Sağlamlıq       Tarix: 22 yanvar 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu bağçanı bit basıb?

"Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib". KONKRET.azxəbə

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki

Azərbaycan səhiyyəsi qlobal reytində son sıralardadır

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 101 ölkə arasında 92-ci sırada qərarlaşıb. yenisabah-a istinadla xəbər verir ki, səhiyyə xidmətlərinin keyfiyyətinə dair hazırlanan reytinq siyahısında Azərbaycan 49 bal toplay

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Payızda bu təhlükə hər kəsi gözləyir? - Professor səbəbləri açıqladı

Payız aylarında havaların soyuması, günəşli günlərin azalması və mövsümi xəstəliklərin yayılması sağlamlığın qorunmasını daha da aktuallaşdırır. Bu dövrdə bir çox insan orqanizmdə vitamin və mineral çatışmazlığını müəyyənləşdirmək

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən yeni xəbərlər qurban bayrami 2026 sou xeberler