Meymunçiçəyinə yoluxan şəxslər nə etməlidir? – AÇIQLAMA

Meymunçiçəyinə yoluxan şəxslər nə etməlidir? – AÇIQLAMASon günlər meymunçiçəyi infeksiyasının dünyada yayılması faktı hər kəsi narahat edir. Hələlik ölkəmizdə virusa yoluxma halı aşkarlanmayıb.
Lakin pandemiya göstərdi ki, hər an hər şeyə hazır olmaqda fayda var. Vaxtilə vurulan çiçək vaksinlərinin meymunçiçəyi infeksiyasına qarşı da effektiv olacağını söyləyənlər var.
Maraqlıdır, bu nə dərəcədə düzgündür? Yoluxan şəxslər nə etməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan həkim-terapevt bildirib:
"Koronavirus pandemiyası başlayanda heç birimiz bu haqda məlumatlı deyildik. COVİD-19 infeksiyası hava-damcı yolu ilə yayılır. Meymunçiçəyi də yoluxucu infeksiyalardan biridir. Virusa yoluxan şəxslərdə kəskin baş, əzələ və sümük ağrıları müşahidə olunur. Bir müddət sonra xəstənin bədənində səpkilər əmələ gəlir. Həmin ərəfədə xəstənin temperaturu qalxa bilər. Həmin şəxslərin 17-21 gün ərzində karantində qalması məqsədəuyğundur. Ola bilsin ki, meymunçiçəyi infeksiyası da təbii çiçəyin bir növüdür. Lakin bu, 100 faiz təsdiqini tapmayıb. Çiçək vaksinlərinin effektiv olacağı söylənilir. Bəzi ölkələrin alimləri virusa qarşı yeni vaksinlər üzərində işləyir. Lakin bütün bunlar hələlik öz təsdiqini tapmayan məlumatlardır".
Meymunçiçəyinə yoluxan şəxslər nə etməlidir? – AÇIQLAMAHəkimin sözlərinə görə, xəstəliklə mübarizə üsulu kimi immun sistemimizi gücləndirməliyik:
"Meymunçiçəyi infeksiyasının konkret müalicə üsulu yoxdur. Xəstəliyə yoluxan şəxslər simptomatik şəkildə müalicə olunur. Yoluxan şəxsin temperaturu varsa, parasetamol tərkibli dərmanlardan istifadə edə bilər. Həmçinin, ağrılar çox olarsa, xəstə ağrıkəsici dərman içməlidir. Səpkilər varsa, "zelyonka" (yaşıl məhlul) istifadə edilməsi məsləhətdir. İnfeksiyanın qarşısını almaq üçün konkret üsullar yoxdur. Önəmli olan gigiyenik qaydalara əməl etmək və yoluxmuş şəxslərlə təmasda olmamaqdır. Həmçinin, immun sistemini gücləndirmək vacibdir. COVİD-19 infeksiyası göstərdi ki, immun sistemi güclü olan şəxslər ciddi problem yaşamır".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sağlamlıq       Tarix: 23 may 2022
f Paylaş

Oxşar xəbərlər

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər hava durumu xeber saytlari bu gunun xeberleri