Meyvə-tərəvəz zəhərlənmələrindən necə qorunmaq olar? - VACİB TÖVSİYƏ

Meyvə-tərəvəz zəhərlənmələrindən necə qorunmaq olar? - VACİB TÖVSİYƏVaxtından əvvəl satışa çıxarılan meyvə və tərəvəz məhsullarından zəhərlənmə hallarına tez-tez rast gəlirik. Çünki həmin məhsullar xüsusi parniklərdə yetişdirilir. Onlara bir çox hallarda normadan daha artıq gübrə, dərman vurulur.
Maraqlıdır, meyvə və tərəvəzlərdən zəhərlənmə ehtimalını necə minimuma endirmək olar?
Mövzu ilə bağlı qida məsələləri üzrə ekspert Fərid Səfərov KONKRET.az-a açıqlamasında bildirib ki, qida zəhərlənmələri düzgün bişirilməmiş, uyğun saxlama qaydalarına əməl olunmamış, son istifadə tarixi bitmiş, müxtəlif bakteriyalar və mikroblarla çirklənmiş hər cür qida qəbulu zamanı baş verir:
Meyvə-tərəvəz zəhərlənmələrindən necə qorunmaq olar? - VACİB TÖVSİYƏFərid Səfərov
"Meyvə və tərəvəzlərdən zəhərlənmə halları tez-tez yaşanır. Meyvə və tərəvəzlər istər marketdə, istər də bazarda açıq şəkildə satılır. Bu da onların çox asanlıqla müxtəlif mikrob və bakteriyalarla çirklənməsinə səbəb ola bilər. Bu cür qida zəhərlənməsindən qorunmaq üçün meyvə və tərəvəz aldıqdan sonra onları düzgün şəkildə saxlamaq lazımdır. Məsələn, evdə meyvə və tərəvəz üçün ayrılan yerdə saxlayın, digər qidalarla bir yerə qoymayın. İstifadə etməmişdən əvvəl yaxşıca yuyun. Əgər bişirərək yemək istəyirsinizsə, o zaman lazımi qədər bişirin, çiy saxlamayın. Yemək hazırlamaq üçün istifadə etdiyiniz bıçaq və taxtanı hər dəfə yuyun, soyuducunu və mətbəxinizi təmiz saxlayın. Ən əsas məsələ, alış-veriş etdikdən sonra yemək hazırlamamışdan əvvəl mütləq əllərinizi yaxşıca yuyun. Gigiyena qaydalarına əməl etmək həyat qurtarır".
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 12 aprel 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


son xeberler azerbaycan xeberleri yeni xeberler maraqlı xəbərlər hava durumu xeberler bu gun dunya xeberleri