Ürəyiniz tez-tez belə yeməklər istəyirsə... - Diqqət! Bu xəstəliklərin xəbərçisidir

Ürəyiniz tez-tez belə yeməklər istəyirsə... - Diqqət! Bu xəstəliklərin xəbərçisidirBədənimizdəki kiçik dəyişikliklər böyük sağlamlıq problemlərinin əlaməti ola bilər.
KONKRET.az xəbər verir ki, bəzən bədənimizdə baş verən dəyişikliklər ilk baxışda adi görünsə də, əslində sağlamlığımızla bağlı ciddi mesajlar verir. Bu dəyişiklikləri vaxtında hiss etmək və düzgün diaqnoz qoya bilmək bəzən fərqində olmadığımız xəstəlikləri erkən mərhələdə aşkar etməyə kömək edə bilər.
Mütəxəssislər bildirirlər ki, gün ərzində tez-tez yatmaq istəyi, ya da səbəbsiz yerə çox su içmək istəyi kimi hallar göründüyü qədər zərərsiz olmaya bilər. Məsələn, duzlu yeməklərə olan həddindən artıq istək bədəndə mineral və vitamin çatışmazlığının və ya başqa bir problemin əlaməti ola bilər.
Dəridə qalınlaşma, qaşınma, qabıqlanma və ya qızartılar isə bəzən hormonal pozğunluqların, ekzema və ya allergiyanın xəbərçisi ola bilər. Belə hallar davamlı olarsa, qan analizi vermək tövsiyə olunur.
Yuxusuzluq və ya gündüz saatlarında qəfil yuxuya getmə halları "hipersomniya" deyilən vəziyyətlə əlaqəli ola bilər. Gecə normal və uzun müddət yatan bu insanlar, yenə də gün ərzində yuxuya meylli olurlar. Mütəxəssislər bunun sadəcə yorğunluqdan deyil, başqa sağlamlıq problemlərindən qaynaqlana biləcəyini bildirirlər.
45 yaşdan cavan insanlarda göz bəbəyi ətrafında yaranan ağ və ya boz halqa isə yüksək xolesterinin əlaməti ola bilər. Həkimlər bu dəyişikliyin öz-özlüyündə zərərsiz olduğunu, lakin daxili problemin göstəricisi ola biləcəyini qeyd edirlər.
Əsəbi və aqressiv davranışlar da bəzən insanın xarakterindən deyil, depressiya kimi psixoloji pozğunluqlardan qaynaqlana bilər.
Əgər döş nahiyənizdə şişkinlik, bərklik, qızartı, qaşınma və ya dəridə çökəklik hiss edirsinizsə, bu hallar vaxtında müayinə olunmalıdır. Bu simptomlar döş xərçənginin erkən əlamətləri ola bilər və vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır.
Duzlu qidalara qarşı idarəolunmaz istək, dəmir çatışmazlığı, qanazlığı, maye itkisinin və ya menstruasiya öncəsi sindromun göstəricisi ola bilər. Eyni zamanda, davamlı susuzluq hissi də həmişə adi səbəblərlə bağlı olmaya bilər – bu, bəzən şəkərli diabet və ya hamiləliyin ilk əlamətləri ola bilər.
Unutqanlıq, yorğunluq və ümumi halsızlıq da bəzən depressiyanın xəbərçisi ola bilər.
Hər birimiz bədənimizi yaxşı tanımalı və ona qarşı diqqətli olmalıyıq. Çünki o, öz dili ilə bizə çox şey söyləyir.//Milli.Az

Sağlamlıq       Tarix: 17 aprel 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


son xeberler azerbaycan xeberleri yeni xeberler maraqlı xəbərlər hava durumu xeberler bu gun dunya xeberleri