Məzun gecəsində 17 yaşlı qızı kim bıçaqlayıb? - TƏFƏRRÜAT
Sabirabadda 17 yaşlı məktəbli qızın məzun gecəsi şənliyində bıçaqlanması ilə bağlı bəzi detallar məlum olub.
Azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qaralar kəndi ərazisində yerləşən "Ana Kür" restoranında 5 saylı məktəbin şagirdləri şənlik təşkil ediblər.
Hadisəni törədən 19 yaşlı Sübhan Qasımlı məktəbdə təhsil alan Nərgizi (şərti ad) sevirmiş və buna görə valideynləri ilə elçilik də edib. Sübhanın ailəsi polisə izahatında bildirib ki, Nərgiz Sübhanla nişanlı olub. Nərgizin ailəsi isə elçilik mərasimində oğlan evinə "yox" dediyini bildirir.
Şənlikdən bir neçə gün öncə Sübhan qızdan həmin şənliyə getməməsini istəyib. Nərgiz isə məktəb yoldaşları ilə keçirilən məzun gecəsinə qatılıb. Bu səbəbdən də oğlan həmin şənliyə gələrək onu bıçaqlayıb.
Cinayəti törətdikdən sonra hadisə yerindən qaçan Sübhanın axtarışları davam edir. Nərgizin isə səhhəti stabildir.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR