Mikayıl Cabbarov: "Qarşımızda duran əsas vəzifələrdən biri iqtisadiyyatımızın strukturunu sürətlə dəyişdirməkdir"
"Qarşımızda duran əsas vəzifələrdən biri ondan ibarətdir ki, iqtisadiyyatımızın strukturunu sürətlə dəyişdirək, onun neft və qaz sektorundan mümkün qədər az asılı olmasını təmin edək".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Xaçmazda KOB Evinin açılışı mərasimində deyib.
Onun sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişafı bir neçə baxımdan prioritetdir ki, onlardan da biri məşğulluqdur: "Ölkəmizdə yaradılan biznes mühit, siyasi və makroiqtisadi sabitlik Azərbaycanın regiondakı xüsusi rolunu fərqləndirir. Bu baxımdan ölkəmizin hər bir vətəndaşının, sahibkarlığa meylli olan hər bir şəxsin öz potensialını reallaşdırması üçün şərait yaradılır. Bu gün yalnız iş yeri tapmaq deyil, həm də iş yeri yaratmağa çalışan hər bir vətəndaşımız üçün dövlət tərəfindən bir sıra alətlər, tədbirlər vasitəsilə müvafiq qanunvericiliyin tətbiqi yolu ilə dəstək verilir".
İqtisadiyyatın strukturunun getdikcə dəyişdiyini nəzərə çatdıran nazir əlavə edib ki, Azərbaycan qısa müddət ərzində sürətli inkişaf yolu keçib.
Onun sözlərinə görə, əhalisi artaraq 10 milyona çatan Azərbaycanda əmək bazarına hər il 100 minə yaxın gənc daxil olur.
M.Cabbarov hesab edir ki, kiçik və orta sahibkarlığın rolu onların iqtisadi məşğulluğunun təmini baxımından həddindən artıq vacibdir: "Biz dövlət mülkiyyətində olan böyük şirkətlər ilə əməkdaşlığa da xüsusi diqqət yetiririk. Çünki sirr deyil ki, bir çox hallarda sahibkarların biznesə başlaması və ya fəaliyyətlərini genişləndirməsi müxtəlif xidmətlərin asanlaşdırılmasından asılıdır".
Milli.Az /news.milli.az

Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi