Mikayıl Cabbarov Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb - FOTO

Mikayıl Cabbarov Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb - FOTOTürkiyədə səfərdə olan iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzlə görüşüb.
Bu barədə SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətindən məlumat verilib.
SOCAR-ın Müşahidə Şurasının sədri ölkələrimiz arasında yüksək səviyyəli strateji əməkdaşlığı, qardaş Türkiyə ilə möhkəm dostluq əlaqələrini, iqtisadi-ticarət və enerji tərəfdaşlığını vurğulayıb, SOCAR tərəfindən Türkiyədə həyata keçirilən layihələr barədə danışıb, "Petkim Külək Enerji Stansiyası"nın Türkiyənin bərpa olunan enerji potensialının yüksəlməsinə, karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalmasına töhfəsini qeyd edib.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, yüksək səviyyəli tərəfdaşlığını diqqətə çatdırıb, Türkiyə-Azərbaycan iş birliyinin daha da gücləndirilməsi istiqamətləri, ölkəsinin Azərbaycanda həyata keçiriləcək qaz hasilatının artırılması layihələrində investor olaraq iştirakı barədə fikirlərini bildirib.
Görüşdə Azərbaycan və Türkiyə arasında energetika, bərpa olunan enerji sahələrində əməkdaşlığın, SOCAR-ın Türkiyədəki fəaliyyətinin genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Mikayıl Cabbarov Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb - FOTO

İqtisadiyyat       Tarix: 16 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xəbərlər bugün sonxabar az enson xeberler hava durumu