Milad hədiyyəsi böyük sirrin üstünü açdı

Milad hədiyyəsi böyük sirrin üstünü açdıMilad hədiyyəsi böyük sirrin üstünü açdı
Qız Milad bayramı münasibətilə sevgilisini təbrik etmək istəyərkən, təsadüfən böyük bir sirrin üstünü açıb. O, bu hadisəni "Reddit" portalında paylaşaraq, istifadəçilərdən məsləhət istəyib.
Bu barədə Lenta.ru xəbər yayımlayıb.
Anonim istifadəçi  bildirib ki, oğlan dostu Den bir dəfə sözarası DNT analizindən keçmək istədiyini deyib. Bayram ərəfəsində də qız ona belə bir imkan vermək istəyib.
"Bilirdim ki, məndən belə bir hədiyyə gözləmir. Bu hədiyyə dəqiq onu sevindirəcəkdi. İdeal sürprizdir, elə deyilmi?", - deyə qız yazıb.
Bundan sonra o, DNT ilə bağlı sifariş verib. Bir neçə gündən sonra Denin anası ona hədiyyə seçimi ilə bağlı müraciət edib.
"Mən ona DNT testi ilə bağlı danışdıqda, qadının rəngi ağardı və hədiyyə seçimi ilə bağlı onun ad gününə qədər tələsməməyi xahiş etdi. O, bu barədə əri ilə danışmalı olduğunu dedi. Bizim söhbətimiz Denin otağa girməsi ilə yarımçıq qaldı", - deyə statusun müəllifi bildirib.
Səhəri gün qız sevgilisinin anasına yazaraq təfərrüatı öyrənmək istədiyini bildirib. Ana bildirib ki, keçmiş əri sonsuz olduğundan o, başqa donordan süni mayalanma yolu ilə hamilə qalıb.
"Bunu Dendən əvvəl öyrəndiyim üçün özümü pis hiss etdim. Axı ona yalan demək istəmirdim. Bu vəziyyətlə bağlı narahatlığımı onun anasına dedim", - deyə qız əlavə edib.
Denin anası bildirib ki, süni mayalanma üsulu ilə dünyaya gələn ikinci oğlu başqa ştatda yaşayır. O, indi onları bir yerə toplamaq və bütün həqiqəti demək üçün uyğun vaxt gözləyir.
"O, sirri Denin ad günündə, yəni iyul ayında açıqlamaq istəyir. Ancaq hesab edirəm ki, bunu Yeni ilə qədər etmək lazımdır. Çünki uyğun vaxt heç vaxt olmayacaq. Necə düşünürsünüz, onu tələsdirməkdə haqlıyammı?"
İstifadəçilərin çoxu qıza hədiyyə kimi DNT testindən imtina etməsini və valideynləri ilə sevgilisinin münasibətlərinə qarışmamasını tövsiyə ediblər. Lakin hər şeyi sevgilisinə danışmağı tövsiyə edən istifadəçilər də tapılıb. /oxu.az

Maraqlı       Tarix: 24 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberleri sou xeberler bugun hava durumu sonxabar