Milyonlarla insanın öldüyü müharibənin başlandığı dəqiq tarix: Gizli teleqramı kim ötürüb? - FOTO

Milyonlarla insanın öldüyü müharibənin başlandığı dəqiq tarix: Gizli teleqramı kim ötürüb? - FOTOMilyonlarla insanın öldüyü müharibənin başlandığı dəqiq tarix: Gizli teleqramı kim ötürüb? - FOTO
Rusiyada Yeltsin adına Prezident Kitabxanası 21 iyun 1941-ci ildə Dövlət Təhlükəsizliyi Xalq Komissarlığı rəhbərliyinin Leninqrad vilayətindən aldığı şifrəli teleqramın məzmununu dərc edib. Teleqramda yaxın zamanda Almaniya ilə müharibənin başlanacağı barədə xəbərdarlıq edilib.
Bu barədə kitabxana fondlarının elmi ekspertizası şöbəsinin müdiri, tarix elmləri namizədi Aleksey Voronoviç məlumat verib.
Onun sözlərinə görə, sənəd ilk dəfə təqdim olunub və dövlət təhlükəsizliyi orqanlarının hücumun dəqiq tarixinin göstərildiyi ilk hesabatlarından biridir.
"Sənəd portalımızda daha əvvəl dərc edilmiş və Hitler Almaniyasının planlarını müəyyən etmək istiqamətində dövlət təhlükəsizliyi orqanlarının işini göstərən materiallarla uyğunluq təşkil edir. Materialların araşdırılması zamanı məlum olur ki, Sovet rəhbərliyi hazırlanan hücumdan xəbərdar olub, lakin dəqiq tarixi bilməyib. Tarix isə ancaq 1941-ci il iyunun 20-21-də ortaya çıxıb", - deyə Voronoviç bildirib.
Teleqram SSRİ Dövlət Təhlükəsizliyi İdarəsinin xalq komissarı Vsevolod Merkulova ünvanlanıb, göndərən şəxsin adı isə Dövlət Təhlükəsizliyi Xalq Komissarlığının Leninqrad vilayəti üzrə şöbəsinin müdiri Pavel Kuprin kimi qeyd edilib.
Kuprin teleqramda bildirib ki, Almaniya konsulluğu iyunun 22-dən əvvəl Leninqraddan səkkiz mütəxəssisin göndərilməsi barədə əmr alıb, çünki "əks halda çox gec olacaq". Sənədə Sovet kəşfiyyatının konsulluğun kansleri Buxqols və konsul Dinstmandan əldə etdiyi məlumatlar da əlavə olunub ki, burada yaxın iki-dörd gün ərzində hərbi əməliyyatların başlanacağı və təşəbbüskar kimi də Almaniyanın çıxış edəcəyi bildirilib.
"Elə iyunun 21-də, saat 22:10-da Kremldə Almaniyanın yaxın zamanda SSRİ-yə mümkün hücumu ilə bağlı müşavirə keçirilib və təxribatlara boyun əyməmək qərara alınıb. Ehtiyat edirdilər ki, Almaniya iyunun 22-də hansısa təxribat törədə bilər və sovet qoşunları da buna reaksiya verər, bundan sonra isə Hitler SSRİ-ni müharibəyə başlamaq cəhdində ittiham edə bilər. Başqa bir məqam isə odur ki, təqdim olunan teleqram təxminən saat 20:00-da gəlib. İclas keçirilənə qədər, materiallar ötürülənə qədər, əmrlər qərb bölgələrinə gedib çatana qədər vaxt itirilib", - deyə Voronoviç qeyd edib.
Teleqramın orijinalı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Arxivində saxlanılır. Onun rəqəmsal versiyası "İkinci Dünya müharibəsi arxiv sənədlərində" kolleksiyasına daxil edilib ki, Voronoviçin sözlərinə görə, hazırda bu kolleksiya 12 mindən çox saxlama vahidinə malikdir və genişlənməyə davam edir.
Milyonlarla insanın öldüyü müharibənin başlandığı dəqiq tarix: Gizli teleqramı kim ötürüb? - FOTOMənbə: TASS / oxu.az

Maraqlı       Tarix: 20 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabar son xeber 2026 butun xeberler xeberler bu gun