Minlərlə can alan təbii fəlakət: Dünya tarixinin ən dəhşətli zəlzələləri - FOTO

Minlərlə can alan təbii fəlakət: Dünya tarixinin ən dəhşətli zəlzələləri - FOTOMinlərlə can alan təbii fəlakət: Dünya tarixinin ən dəhşətli zəlzələləri - FOTO
Dünya tarixində ən güclü 10 zəlzələ Cənubi Amerika və Asiya-Sakit okeanı ölkələrində baş verib.
"Alovlu qövs" adlandırılan Sakit Okean Zəlzələ Kəməri dünyada baş verən bütün zəlzələlərin 90 faizinin, böyük zəlzələlərin isə təxminən 80 faizinin şahidi olur.
İndiyə qədər qeydə alınmış ən uzun davam edən zəlzələ 26 dekabr 2004-cü ildə İndoneziyanın Sumatra şəhərində baş verib. 9,1 bal gücündə zəlzələdə 230 min insan həyatını itirib. Təkanlar 8,3-10 dəqiqə arasında davam edib.
Zəlzələ nəticəsində metrlərlə hündürlüyü olan nəhəng dalğalar İndoneziya ilə yanaşı Asiyanın şimalında və Afrikanın şərqində yerləşən 14 ölkəyə təsir edib. Ən çox ölümə səbəb olan təbii fəlakətlərdən biri sayılan fəlakətdə zəlzələ və sunami səbəbi ilə 1 milyon 700 min insan evsiz qalıb.
Dünyanın aktiv seysmik qurşaqlarından biri olan Alp-Himalay qurşağında yerləşən Türkiyədə də dağıdıcı zəlzələlər olub.
Bunlardan ən ağırı 26 dekabr 1939-cu ildə Ərzincanda baş verib. 7,8 bal gücündə zəlzələ nəticəsində 33 min insan həyatını itirib.
20 kilometr dərinlikdə baş verən və 52 saniyə davam edən zəlzələdə məktəb və xəstəxana kimi ictimai binalar da daxil olmaqla 100 mindən çox bina dağılıb.
Türkiyədə daha bir dağıdıcı zəlzələ 1999-cu il avqustun 17-də baş verib. Episentri Kocaelinin Gölcük rayonu olan və ölkənin şimal-qərbində təsirli olan 7,4 bal gücündə Mərmərə zəlzələsi xüsusilə İstanbul, Kocaeli, Sakarya və Yalova şəhərlərində böyük dağıntılara səbəb olub.
Zəlzələdə 17 mindən çox insan həyatını itirib, 500 min insan evsiz qalıb.
Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ 11 vilayətə təsir edib. Son hesablamalara görə, 45 089 insan həyatını itirib.
Son açıqlamalara görə, zəlzələdən sonra 11 min 20 afterşok meydana gəlib.
2011-ci il martın 11-də Yaponiyanın Tohoku bölgəsində 9 bal gücündə zəlzələ baş verib. Okeanın dibində 1 kilometrlik qırıq yaradan zəlzələdən sonra ölkənin şimal-şərq sahillərində sunami baş qaldırıb.
Zəlzələ və ondan sonra baş verən sunami nəticəsində 19 min insan həyatını itirib. Fukusima Atom Elektrik Stansiyasında sızma baş verib.
2018-ci ildə İndoneziyanın Sulavesi adasında 7,5 bal gücündə zəlzələ və sonrakı sunami son illərin ən böyük fəlakətlərindən biri kimi tarixə düşüb. Zəlzələ və sunami 4 300-dən çox insanın ölümünə səbəb olub.
Dünya tarixində ən güclü zəlzələ 1960-cı il mayın 22-də Çilidə baş verib. Təxminən 1000 kilometr ərazidə hiss edilən 9,5 bal gücündə zəlzələ nəticəsində 1655 nəfər həyatını itirib, 3 min nəfər yaralanıb, 2 milyon insan evsiz qalıb.
İkinci ən güclü zəlzələ olaraq qeydə alınan Alyaska zəlzələsi 28 mart 1964-cü ildə baş verib. Üç dəqiqə davam edən 9,2 bal gücündə zəlzələ sunamiyə səbəb olub. Zəlzələ və onu izləyən nəhəng dalğalar 128 nəfərin ölümünə səbəb olub.
2004-cü ilin dekabrında İndoneziyanın şimal-qərbindəki Sumatra adasında baş vermiş dağıdıcı 9,1 bal gücündə zəlzələnin yaraları sağalmamış, bölgə təxminən 3 ay sonra (28 mart 2005) 30 kilometr dərinlikdə 8,6 bal gücündə zəlzələ ilə sarsılıb. Təbii fəlakətdə 400-dən çox insan həyatını itirib, zəlzələnin törətdiyi sunami nəticəsində yüzlərlə insan yaralanıb.
Rusiyanın şərqindəki Kamçatka yarımadasında 4 noyabr 1952-ci ildə baş verən 9 bal gücündə zəlzələ 1900-cü ildən bəri qeydə alınan ən böyük zəlzələlər sırasındadır. Zəlzələ nəticəsində əmələ gələn 9 metr hündürlüyündə dalğalar Havaya qədər gedib çıxıb. Təbii fəlakət zamanı ölən olmayıb.
Minlərlə can alan təbii fəlakət: Dünya tarixinin ən dəhşətli zəlzələləri - FOTOMənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 03 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber az xəbər.az xankendi xəbər