"Mirasımız əxlaqsızlıqdır" - Bir Paşinyanın dediyi, digər Paşinyanın dandığı həqiqət

"Mirasımız əxlaqsızlıqdır" - Bir Paşinyanın dediyi, digər Paşinyanın dandığı həqiqət "Mirasımız əxlaqsızlıqdır" - Bir Paşinyanın dediyi, digər Paşinyanın dandığı həqiqət
Aqşin Yenisey yazır...
Bu yaxınlarda saytlarımızda ermənilərin Baş naziri Paşinyanın müxalifətdə olarkən yazdığı və öz qəzetində çap etdiyi "Mirasımız əxlaqsızlıqdır" adlı yazısını oxudum. Paşinyanın bu yazısındakı "Bizim əcdadlarımız bizə, sadəcə, soyqırımlar, alçaldılmalar, satqınlıqlar və əxlaqsızlıqlar miras qoyublar. Mən bizim atalarımızı qınayıram və onları lənətləyirəm" tarixi nihilizmi mənə türk aydını Murad Belgenin "Ədəbiyyatda ermənilər" kitabını xatırlatdı.
"Azərbaycanın şikayətini Ermənistanla əlaqələri düzəltməyin əngəli halına gətirib çıxarmaq, məncə, doğru siyasət deyildir" şəklində erməniləri "savunan" cümlələrlə zəngin olan bu kitabda Murad abi erməniləri və Ermənistanı türk rəsmilərinin və türk yazıçılarının həqiqətlərindən xilas etməyə cəhd göstərir. Amma hər nə qədər cəhd etsə də, hətta ermənilərin "halına acıyan" bu kitabdan başqa bir həqiqət daha aydın görünür ki, Paşinyanın "mirasımız əxlaqsızlıqdır" sözlərinin arxasındakı günahkarlar ermənilərin ataları yox, anaları olublar.
Ermənilər ərəblər, türklər kimi coğrafiyanın deyil, tarixin köçəri xalqıdır. Ermənipərəst olmayan (məsələn, gürcü tarixçisi Quram Marxuliyanın "Ermənilər Ermənistan axtarışında" kitabı) tarixi araşdırmalar onların özlərini tanıyandan qitədən-qitəyə, ölkədən-ölkəyə qovulduğunu (öz xoşları ilə köçdüklərini deyil) söyləyir.
Yazılanlara görə, miladdan əvvəl VIII əsrdə Trakya köçləri ilə Şərqi Avropadan Yaxın Şərqə, Anadoluya, Anadoludan Qafqaza və Amerikaya köçürülüblər.  Həmişə də sığındıqları ölkəyə, yerli xalqlara xəyanətləri ucbatından özlərini sürgünə məruz qoyublar; yəhudilər romalılarla vətən uğrunda döyüşəndə ermənilər Qüdsdəki məhlələrində Roma əsgərləri üçün fahişəxana işlədirdilər (Montefiore "Yerusəlim"). Osmanlılar ruslarla döyüşəndə Anadolu erməniləri ruslara casusluq edirlər, Azərbaycan sovet imperiyasının əsarətindən qurtulmağa çalışanda, ermənilər rusların fitvası ilə fürsətdən istifadə edib Qarabağda azərbaycanlı qonşularını öldürüb evlərini əllərində alırdılar və s.
Xəyanətkar xislətlərinə görə tarixin bütün dövrlərində cəzalandırılmalarına baxmayaraq, bu xalq dünyada özünün məsum, yazıq, arxası olmayan, hətta nəsli kəsilməkdə olan kiçik, ekzotik bir insan növü imicini yarada bilib. Başlarına guya saylarının az, düşmənlərinin çox olması ucbatından müsibətlər gəldiyini dünyanın bir çox insanının beyninə yeridə biliblər. O cümlədən, türkiyəli yazar Murad Belgenin də. 
"Ədəbiyyatda ermənilər" kitabından bir şeylər oxumaq fürsətim olanda ermənilərin özləri barədə yaratdıqları bu "yazıq xalq" obrazının doğurduğu effektin yazarın Ermənistanda görüşdüyü "erməni dostu" olan alman millət vəkili Diter Sperlinqin sözləri ilə belə təsvir etdiyinə şahid oldum:
"Sayları çox az olan bir millətdirlər, bu da adamda avtomatik simpatiya hissi oyadır. Başlarına gələn müsibətlər o simpatiyanı daha da gücləndirir. Bu müsibətlər ucbatından da dünyaya səpələniblər, eynən yəhudilər kimi. Mənim gördüyüm qeyri-adilikləri həm sığındıqları hər yerə uyğunlaşmaları, həm də harada yaşamalarından asılı olmayaraq, ortaq erməni kimliklərini qorumalarıdır". 
Bu xalqın psixoanalizi alman millət vəkilinin bu kiçik xarakteristikasında yatır. Ermənilərin sürgün həyatı vətənlərindən qovulmuş yəhudi icmalarının sürgün həyatına bənzəyə bilər, amma bu sürgünün səbəbi yəhudilərinkindən tamamilə fərqlidir. Yəhudiləri yurd-yuvalarından didərgin salan səbəb miladdan əvvəl 19-cu ildə yerləşdikləri Yerusəlimdə heç vaxt işğalçılara boyun əyməmələri olub. Amma məsələn, Anadoluda yaşayan və Osmanlı xanədanında həmişə yüksək məqamlarda yer almalarına baxmayaraq, ruslara çalışan erməniləri yəhudilərə tay tutmaq, görünür, alman deputatın yəhudilər qarşısında günahkarlıq hissi keçirməsindən irəli gəlir. Fəqət erməni ilə yəhudini eyniləşdirmək yenə də yəhudilərə qarşı haqsızlıqdır, suçdur.
Gələk Paşinyanın "bizə atalarımızdan əxlaqsızlıq miras qalıb" sözlərinin tarixi köklərinə.
Ermənilərin adı tarixdə ilk dəfə miladdan əvvəl VI əsrdə Persiya şahı Daranın kitabələrində çəkilir. Hind-Avropa mənşəli dil qrupuna mənsub olmalarına baxmayaraq, özlərini Asiya kökənli dildə danışan urartuların "oğulları" hesab edən ermənilərin Paşinyanı məyus edən əxlaqsızlığı da bu dövrdən başlayır; hind-fars mifologiyasını mənimsədikdən sonra. Bu mifologiyadakı tanrı və tanrıçaları götürüb erməniləşdirən hay xalqı onlara sonradan Yunan və Roma mifologiyasından da yamaqlar yapışdırmağı unutmadılar. 
Farsların Ahuramazdasından Aramazt, onun qızı Nahitdən özlərinə, türk şoumen Okan Bayülgen demişkən, Anahit ana "qayıran" ermənilərin əcdadları bu bakirə tanrıçanın ("Nahit" farsca "ərgən qız" deməkdir) başına açdıqları oyunla sözügedən əxlaqsızlığın əsasını qoyublar.
Tarixçilərin yazdığına görə, Anahit ananın məbədi Asiyada "məbəd fahişəliyinin" əsas məskənlərindən biri idi. Məsələn, babilli qadınlar ildə bir dəfə Anahitin məbədinə gəlib bədənlərini kişilərə təslim etməli idilər. Bu, bir ilahi əmr idi. İnanclarında Anahit ana tanrıçası olan Asiya xalqlarının çoxunda bu adət vardı. İngilis tarixçisi Devid Morqan başlanğıcda qadınların hedonist əyləncə mərasimləri kimi keçirilən bu cinsi "alış-verişin" sonralar, sadəcə, kişilərin evli olmadıqları qadınlarla cinsi əlaqəyə girdikləri orgiyalara çevrildiyini və məbəd fahişəliyi deyilən qədim bir adətə yol açdığını iddia edənlərdəndir.
Günümüzdə Anahit ana məbədlərində fahişəliyin tüğyan etdiyini sübut edən dəlillər Ermənistanda yerləşən Anaitis məbədində aşkarlanan kölə qadınlara aid tapıntılardır.
Qadının doğmaq, yəni yaratmaq bacarığını ilahiləşdirən bu inanc zaman keçdikcə rahiblərin şəxsi istismar sahələrindən birinə çevrilib və rahib olmayan kişilərin məbəd fahişələri ilə əlaqələri qadağan olunub.
Əslində, məbəd fahişəliyinin kökü şumer sivilizasiyasına gedib çıxır və bu sivilizasiyadan nəsibini almış bütün inanclarda onun izlərinə rast gəlmə mümkündür. Amma vaxtilə yaradılış inancını rəmzləşdirən bu dini orgiyalar günümüzdə müxtəlif formalarda bəzi xalqaların həyatında, sadəcə, bu "qədim peşə"nin şəxsi, milli, siyasi məqsədlər üçün qorunub-saxlanılması kimi üzə çıxır ki, türk aydını Murad Belge de "Ədəbiyyatda ermənilər" kitabında buna etiraz edir.
"Ədəbiyyatda ermənilər" kitabına görə, XX əsr türk romanlarında İstanbulda fahişəxana işlədən xristian, o cümlədən, erməni qadınları türk oxucusunu romana cəzb edən əsas personajlar olmaqla yanaşı, eyni zamanda, türk ailə qurumunu zədələyən bir problem kimi qoyulur. Murad Belge türk romançılarının bu yanaşmasını qəbul etmir, amma o qadınların, əslində, kim olduqları haqqında da tutarlı bir əsas göstərmir.
Kitablarında bəzən türkləri açıq-aydın aşağılayıb, erməniləri əzizləyən Saymon Montefiore də "Yerusəlim" kitabında XIX əsr Yerusəlimində rus və erməni qadınlarının fahişəxana işlətdiklərini yazır. "Ədəbiyyatda ermənilər" və "Yerusəlim" kitablarında yazılanların bir-birilərinə zidd olması XX əsr türk romanlarının həqiqəti yazdığını, ola bilsin, bəzən sənətin icazə verdiyi şişirtmələrdən istifadə etdiyini göstərir.
Demək ki, Paşinyanın "Mirasımız əxlaqsızlıqdır" yazısında lənətlədiyi əcdadları heç də uzaq zamanlarda yaşayan ermənilər deyil və bu erməni jurnalisti, bəlkə də, nazir olmadan öncə özləri haqqında həqiqətləri daha aydın düşünə və deyə bildiyi üçün hay-küylə baş nazir seçən ermənilər, görünür, "lənətlədikləri əcdadlarından miras aldıqları əxlaqsızlıqlarını" gizləməyə bir o qədər də can atmırlar.
"Ədəbiyyatda ermənilər" kitabında yazılanları isə bizim inkar etməyimizə səbəb və ehtiyac yoxdur. Türkiyənin yaxın tarixində büdcəyə dalbadal altı dəfə ən çox vergi ödəyərək tarixi rekorda imza atmış, türk mediasının "Genelev patroniçesi" dediyi erməni qadın Matild Manukyanın adını xatırlamaq kifayətdir.       /oxu.az

Sosial       Tarix: 22 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun ən son xəbərlər bugün en son xeberler bu gun apa.az xeberler