Monteneqroda saxlanılan azərbaycanlı ilə bağlı rəsmi açıqlama
Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi və Monteneqrodakı diplomatik ofisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində baş vermiş və Türkiyə vətəndaşlarının və bir nəfər Azərbaycan vətəndaşının saxlanılması ilə nəticələnən iğtişaşlar ilə əlaqədar yayılan məlumatları diqqətlə izləyir.
Bu barədə KONKRET.az-a Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyindən bildirilib.
Qeyd edilib ki, səfirliyimiz və diplomatik ofisimiz Monteneqroda yaşayan və çalışan vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, eləcə də onların hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə zəruri tədbirlər görür.
"Bir nəfər vətəndaşımızın saxlanılması ilə bağlı Monteneqro hüquq-mühafizə orqanları ilə müvafiq danışıqlar aparılır və məsələ diplomatik kanallar vasitəsilə diqqətdə saxlanılır.
Monteneqro ərazisində yaşayan və səfərdə olan bütün Azərbaycan vətəndaşlarına müraciət edərək, ictimai asayişin qorunması və mümkün insidentlərdən yayınmaq məqsədilə keçirilə biləcək hər hansı kütləvi aksiyalardan uzaq durmağı, yerli qanunvericiliyin tələblərinə ciddi riayət etməyi və zərurət yarandığı təqdirdə səfirlik və diplomatik ofisimizlə dərhal əlaqə saxlamağı tövsiyə edirik", – məlumatda vurğulanıb.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib