Moskvada ölən vətən xaini: Hüseynov Bakıda nələr etmişdi?

Moskvada ölən vətən xaini: Hüseynov Bakıda nələr etmişdi?Azərbaycanın keçmiş Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri Vaqif Hüseynovun Moskvada dünyasını dəyişməsi ilə bağlı xəbərlərin yayılmasından sonra mediada onunla bağlı müxtəlif iddialar dərc olunub.
KONKRET.azaxar.az-a istinadən bildirir ki, məlumatlarda sabiq DTK sədrinin 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərindəki fəaliyyətlərinin Azərbaycan üçün hansı nəticələrə yol açmasından bəhs olunur.
1961-1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçən, 1971-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirərən Vaqif Hüseynov jurnalist kimi bir sıra mətbu orqanlarda – "Sport", "Molodyoj Azerbaydjana", "Olimpiyskaya Panorama" qəzetlərində, o cümlədən televiziyada fəaliyyət göstərib.
O, keçmiş Moskva meri Yuri Lujkovun, eləcə də akademik Mirəli Qaşqayın kürəkəni idi.
Siyasi fəaliyyətlərinə gəlincə, Vaqif Hüseynov Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı, 1975-1990-cı illərdə Azərbaycan SSR Olimpiya Komitəsinin rəhbəri olub.
Hüseynov kifayət qədər səriştəsizlikdə, qeyri-səmimilikdə, düşüncəsizlikdə, kollegiallıq prinsiplərini pozmaqda və yoldaşlarının məsləhət və tövsiyələrinə qulaq asmaq istəməməkdə ittiham edilərək, 1983-cü ildə Bakı Şəhər Komitəsinin birinci katibi vəzifəsindən azad edilib.
O, 16 avqust 1989-cu ildən 13 sentyabr 1991-ci ilə qədər Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində işləyib. İddialara görə, "Böhran" silahlı qruplaşmasının liderlərindən olub. Təşkilat xüsusən "milli azadlıq hərəkatında rol oynamış Azərbaycan Xalq Cəbhəsindən qaynaqlanan təhlükəsizlik təhdidlərinə qarşı çıxmaq üçün" yaradılmışdı.
1991-ci il avqust qiyamının uğursuzluğundan sonra Azərbaycan Prezidenti Ayaz Mütəllibovun təklifi ilə respublika prokurorluğu DTK və şəxsən Vaqif Hüseynovu ifşa edən faktları açıqlayır. Vaqif Hüseynov öz tabeliyində olan, respublika DTK-nın keçmiş 5-ci idarə rəisi və 3 nömrəli bölməsinin rəis müavini, polkovnik-leytenant Sadıx Əliyevin qanunsuz fəaliyyətində iştirakda günahkar bilinir. Baş verən hadisələr fonunda əsas diqqət dövlət təhlükəsizlik orqanlarının, xüsusən də Vaqif Hüseynovun "Azərbaycan" assosiasiyasının rəhbərliyi ilə əməkdaşlığına yönəldilir. Bu məlumatın dərcindən sonra Prezident Mütəllibovun təzyiqi ilə Hüseynov DTK rəhbəri vəzifəsindən istefa ərizəsi yazmağa məcbur olur.
17 yanvar 1996-cı ildə Vaqif Hüseynov 1990-cı ilin mayında Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, "Azərnəşr" və "Yazıçı" nəşriyyatının direktoru Əjdər Xanbabayevin qətlini təşkil etməkdə, eyni zamanda, vəzifə saxtakarlığında ittiham edilib. Onun şəxsi göstərişi ilə DTK zabitlərindən birinin, milliyyətcə erməni olan arvadının pasportu – onun milliyyəti, adı və atasının adı – dəyişdirilib, azərbaycanlılaşdırılıb. Həmçinin, Vaqif Hüseynov barəsində 1991-ci ildə Azərbaycan televiziyasında partlayışın təşkili ilə bağlı ittihamlar da səsləndirilənlər arasındadır. Respublika Prokurorluğu dəfələrlə Rusiya hakimiyyətindən Vaqif Hüseynovun dərhal vətəninə ekstradisiyasını tələb etsə də, onun Rusiya vətəndaşı olması əsas gətirilərək, bundan imtina edilib.
Jurnalist Fərəməz Novruzoğlu da sosial media hesabında vəfat edən keçmiş DTK rəhbərinin Milli Azadlıq Hərəkatı və ondan sonrakı dövrdə fəaliyyəti ilə bağlı məsələləri gündəmə gətirib, Vaqif Hüseynovun "xalqımız və vətənimiz üçün ən təhlükəli adam" olduğunu bildirib.
"Çox təəssüflər olsun ki, sabiq DTK şefinin ölüm xəbərini bütün saytlar və digər media qurumları sıradan "quru xəbər" kimi yayıblar. Halbuki Milli Azadlıq Hərəkatı dövründən başlayaraq, xalqımız və vətənimiz üçün ən təhlükəli adam bir başqası yox, məhz Vaqif Hüseynov olub. Heç nə demirəm, bir tək faktdan bəhs edəcəm: Vaqif Hüseynovun şəxsən yaratdığı "Böhran" adlı xüsusi təyinatlı dəstə ölkəni əsil böhrana soxmuşdu!
Azərbaycanın son 35 illik tarixində ilk siyasi qətllər təxribatçı generalın "Böhran" qrupunun fəaliyyətinin nəticəsi idi. Vaqif Hüseynovu Əbdürəhman Vəzirov, Ayaz Mütəllibov və digərləri ilə müqayisə etməyin. O, əsl vətən xaini idi!"
Rusiyanın "Moskovskiy Komsomoleç" qəzetinin jurnalisti Mixail Rostovski Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin son sədri Vaqif Hüseynov haqqında sensasion iddia ilə çıxış edərək, bildirib ki, SSRİ-nin 20 Yanvar qırğınından məhz Hüseynovu Azərbaycana rəhbər gətirmək üçün istifadə edilib:
"1990-cı ilin əvvəlində – Azərbaycanla ittifaq mərkəzi arasında münasibətləri həmişəlik dəyişdirəcək sovet qoşunlarının Bakıya yeridilməsindən əvvəl o zamankı respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Vaqif Hüseynov Moskvadan ölkəyə rəhbərlik etmək təklifi alır. Əgər həmin təklifə rədd cavabı verməsəydi, müasir Azərbaycan tarixi bəlkə tamam başqa ssenari üzrə gedə bilərdi".
M.Rostovskinin sözlərinə görə, bu təklif Vaqif Hüseynova SSRİ DTK-nın sədri Kuryuçkov tərəfindən edilib. O, V.Hüseynovun bu təklifə əvvəlcə razılıq verdiyini bildirsə də, Moskvada SSRİ-nin rəhbəri Mixail Qorbaçovla görüşdən sonra fikrini dəyişdiyini yazıb:
"İndi heç kim heç vaxt bilməyəcək ki, Vaqif Hüseynov başqa qərar qəbul etsəydi, nə olacaqdı. Vaqif Hüseynovla kontakt sayəsində formalaşmış instinktlərim deyir ki, Hüseynov döyüşçüdür. O, təslim etməz və təslim olmazdı. Cənubi Qafqazın 90-cı illərin birinci yarısındakı tarixi tamam fərqli olardı. Lakin baş tutmalı olan baş tutdu".
Yayılmaş informasiyalar ilə bağlı həmin dövrün Meydan hərəkatının tanınmış nümayəndələri isə "Ölünün arxasınca danışmazlar" prinsipi ilə suallarımıza cavab verməkdən imtina etdi.

Siyasi       Tarix: 06 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler gunun xeberleri xeberler bu qun maşın realiti şou