Müdafiə nazirindən İranla bağlı əmr: Hücum bölmələri bölgəyə göndərilir

Müdafiə nazirindən İranla bağlı əmr: Hücum bölmələri bölgəyə göndərilirABŞ Yaxın Şərqə "USS Georgia" nüvə sualtı və "USS Abraham Lincoln" təyyarədaşıyan gəmilərini göndərir. Müvafiq əmri ABŞ müdafiə naziri Lloyd Ostin verib.
KONKRET.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ostinin israilli həmkarı Yoav Qalantla telefon danışığının nəticələri barədə açıqlamasında Pentaqon sözçüsü Pat Rayder məlumat verib.
Pentaqon rəhbəri ABŞ-nin İsraili qorumaq üçün bütün mümkün addımlara sadiqliyini təsdiqləyib. Ostin həmçinin gərginliyin artması fonunda Vaşinqtonun bölgədəki hərbi varlığının gücləndirilməsini vurğulayıb.
O, F-35C qırıcıları ilə təchiz edilmiş "USS Abraham Lincoln" təyyarədaşıyan zərbə qrupunun bölgəyə göndərilməsini sürətləndirməyi əmr edib. Bu, aviadaşıyıcı zərbə qrupu "USS Teodor Ruzvelt"in regionda təmin etdiyi imkanları artırmalıdır. Onlara "USS Georgia" idarəolunan raket sualtı gəmisi də qoşulacaq.
Ostin və Qalant İsrailin Qəzzadakı əməliyyatları, atəşkəs və girovların azad edilməsi məsələlərini də müzakirə edib. Mövzular arasında İran, "Hizbullah"ı və regiondakı digər qruplaşmaların hücumunun qarşısını almaq olub.
ABŞ İrandan gələn təhdidlər səbəbindən Yaxın Şərqdəki hərbi qüvvələrinin sayını artırır. "Röyter"in məlumatına görə, Vaşinqton Tehranın HƏMAS lideri İsmayıl Həniyənin öldürülməsinə cavab vədinə hazırlaşır.
"Politiko" yazır ki, ABŞ administrasiyası İranı İsrailə hücum qərarını yenidən nəzərdən keçirməyə inandırmaqla, Yaxın Şərqdə münaqişənin kəskinləşməsinin qarşısını almağa çalışır.

Siyasi       Tarix: 12 avqust 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu gun son xeber zelzele krminal bu gun