Müharibə bitmir, sadəcə görüntü yaradılır - Amerikanın yeni hiyləsi

Müharibə bitmir, sadəcə görüntü yaradılır - Amerikanın yeni hiyləsiABŞ Prezidenti Donald Trampın İranla hərbi əməliyyatların tezliklə başa çatacağına dair açıqlaması bölgədə mümkün atəşkəs və sülh perspektivlərini yenidən gündəmə gətirib. Lakin tərəflər arasında əsas məsələlər üzrə hələ də razılığın əldə olunmadığı bir vaxtda bu bəyanatın nə dərəcədə real olduğu suallar doğurur. Trampın "tezliklə" ifadəsi konkret hansı zaman kəsiyini nəzərdə tutur və ABŞ-İran qarşıdurmasının yaxın günlərdə başa çatması nə qədər mümkündür?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Donald Tramp daha əvvəl də İranla müharibənin başa çatacağı və tərəflər arasında razılaşmanın əldə olunacağı ilə bağlı oxşar bəyanatlar səsləndirib.
Müharibə bitmir, sadəcə görüntü yaradılır - Amerikanın yeni hiyləsi"Tramp indiyədək dəfələrlə bəyan edib ki, İranla müharibə sona çatır və ABŞ ilə İran arasında saziş imzalanacaq. Lakin sonradan məlum olub ki, ortada hər hansı konkret anlaşma yoxdur. Bu baxımdan, qarşıdurmanın davam edəcəyi ehtimalı daha yüksək görünür. İndiki açıqlamalar da əvvəlkilərdən ciddi şəkildə fərqlənmir. Böyük ehtimalla, iki ölkə arasında gərginlik hələ bir müddət davam edəcək".
Politoloqun sözlərinə görə, hazırkı mərhələdə Tramp administrasiyası üçün müvəqqəti də olsa, atəşkəs və sülh görüntüsü yaratmaq siyasi baxımdan mühüm əhəmiyyət daşıyır.
"ABŞ-da aralıq seçkiləri keçiriləcək. Tramp administrasiyası və Respublikaçılar Partiyası seçkilərə müharibə şəraitində getmək istəmir. Yaxın Şərqdə davam edən hərbi qarşıdurma ABŞ daxilində mənfi siyasi amil kimi qiymətləndirilir və bu, seçkilərin nəticələrinə təsir göstərə bilər. Məhz buna görə də Vaşinqton hazırda hərbi ritorikadan daha çox sülh mesajları verməyə üstünlük verir. Bunun arxasında isə əsasən daxili siyasi maraqlar dayanır".
Elçin Xalidbəyli hesab edir ki, hazırda ABŞ və İran arasında uzunmüddətli sülhü təmin edəcək əsas şərtlər hələ formalaşmayıb.
"ABŞ və İran arasında davamlı sülhü təmin edə biləcək amillər hələ mövcud deyil. Hər iki tərəfin strateji hədəfləri var və bu məqsədlərə tam nail olunmayıb. Xüsusilə ABŞ-ın qarşıya qoyduğu əsas məqsədlərin reallaşdığı görünmür".
Politoloq əlavə edib ki, yaxın vaxtlarda atəşkəs və ya sülh sazişi imzalansa belə, bu, Yaxın Şərqdə hərbi-siyasi qarşıdurmanın tam başa çatması demək olmayacaq.
"Yaxın vaxtlarda sülh sazişi adlandırılan hər hansı sənəd imzalansa belə, bölgədə hərbi-siyasi gərginlik uzun müddət davam edə bilər. Tərəflərdən birinin və ya hər ikisinin strateji maraqları təmin olunana qədər bu qarşıdurma beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalacaq".
Beləliklə, ekspertin fikrincə, Donald Trampın "tezliklə" ifadəsi ABŞ-İran müharibəsinin yaxın günlərdə tam başa çatacağı anlamına gəlmir. Daha çox müvəqqəti atəşkəsin əldə olunması və diplomatik danışıqların aktiv fazaya keçməsi ehtimalı ön plana çıxır.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 08 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov

Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar üçün heç kim şərt qoymur. KONKRET.azxəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Rusiya danışıqlara açıqdır

Ceyhun Bayramov Mirzoyanla görüşəcək

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov yaxın zamanda erməni həmkarı ilə görüşəcək. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov məlumat verib. Nazir bildirib ki, xarici işlər naziri Ararat Mirzoyanla ən son Bişkekdə bi

İran Hörmüzü bağlı saxlayır - ABŞ həll yolu tapdı: regionun nefti indi hara gedəcək?

ABŞ-ın Energetika naziri Kris Rayt bildirib ki, neft bazarları Hörmüz boğazının açılması üçün İranla razılaşma gözləmək əvəzinə, alternativ həll yollarından istifadə etməlidir. KONKRET.azxəbər verir ki, Raytın sözlərinə görə

İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovaya təbrik ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident, Şimali Makedoniya Respublikasını

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib

Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nı təsdiq edib. xəbər verir ki, bununla bağlı dövlət başçısı yen

İsraildən ŞOK HƏDƏ: "Tehranı azad edəcəyik"

İsrailin müdafiə naziri İsrael Kats yəhudi Yeni ili (Roş ha-Şana) bayramı ərəfəsində İranda yaşayan yəhudi icmasına müraciət edərək gələn il Tehrandakı vəziyyətin kökündən dəyişə biləcəyini bildirib. KONKRET.azxəbər veri

Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır

"Armeniya" blokunun deputatı Levon Köçəryan sentyabrın 8-də keçirdiyi mətbuat konfransında Ermənistanın Aİ-yə inteqrasiya prosesindəki qeyri-müəyyənliyi və Qərbin mövqeyini tənqid edib. xəbər verir ki, bu barəd

Rusiyalı politoloq: Avropa ilə birbaşa müharibə təhlükəsi var

"80 il əvvəl strateji düşünməyi dayandıran avropalılar odla oynayırlar". KONKRETazxəbər verir ki, bu açıqlamanı Rusiya Beynəlxalq İşlər Şurasının sədri, politoloq Dmitri Trenin -ın "Güc amili" verilişind

Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: "Gəmilər məhv ediləcək"

Rusiya Qara dənizdə Ukrayna ordusu üçün silah-sursat daşındığını iddia etdiyi yük gəmilərinə zərbələri davam etdirəcək. xəbət verir ki, "Komsomolskaya Pravda"nın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbua


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xabar xeberler bu gun krimnal xeber sonxeberler