"Müharibəyə hazırlaşmalıyıq, Zəngəzur dəhlizi..." – Erməni general

Zəngəzur dəhlizinin açılması məsələsi Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr Bəyanatında əksini tapıb.
KONKRET.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin dəhlizlə bağlı son açıqlaması ilə əlaqədar jurnalistin sualına general belə cavab verib:
"Dəfələrlə söyləmişəm: 10 noyabr sənədini diqqətlə oxuyun, orada təsadüfən bir söz, hərf yazılmayıb, orada hər şey qeyd olunub".
Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalına gəlincə, Akpyan qeyd edib:
"Bütün dünya ölkələri müharibəyə hazırlaşır və gözləyir. Ermənistan geridə qalmamalıdır".
Xatırladaq ki, Prezident İlham Əliyev bundan əvvəl bölgədə nəqliyyat dəhlizlərinin açılması ilə bağlı açıqlama verərək, bu kontekstdə qəti mövqeyini Ermənistanın diqqətinə çatdırıb.
"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır", – prezident vurğulayıb.
Əlavə edək ki, Ermənistan 10 noyabr bəyanatı üzrə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz və sərbəst keçidlə bağlı üzərinə öhdəlik götürüb.

Siyasi       Tarix: 09 yanvar 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Polşa dövlətçiliyi iki-üç günə yox olacaq" - Rusiya hədə-qorxu gəldi

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya prezidenti Vladimir Putinin Moskvanın Avropa ilə müharibə aparmaq üçün heç bir əsasının olmadığı barədə sözlərinə qulaq asmır. KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq davam edir. Onun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə birgə fotosu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentind

Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist dairələrində verilən reaksiyalar qəbuledilməz və təəssüf doğurucudur. Ermənistan cəmiyyətind

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib. Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir. "Qarda

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq

Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzr

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 Sentyabr – Bakının azad edilməsinin ildönümü ilə bağlı təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin X səhifəsində qeyd olunub. "Dost və qardaş Azərbaycanı


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri en son xeberler bu gun sonxeber.az bugun xeberler