Münaqişənin bütün həll variantlarında Qarabağ Azərbaycanın tərkibində olub - Mirzoyan
"Ümumiyyətlə, atəşkəs əldə olunandan sonra (1994-cü ildə – red.) müzakirə olunan bütün variantlar bu və ya digər şəkildə keçmiş Dağlıq Qarabağın Azərbaycanın tərkibində olacağını güman edirdi. Bu, təbii ki, danılmaz faktdır".
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bunu nəzərdə tutmayan yalnız bir variant müzakirə olunub: "Söhbət Meğrinin dəyişdirilməsindən, yəni Dağlıq Qarabağın Ermənistanın suveren ərazisinin bir hissəsi ilə dəyişdirilməsindən gedir".
"Sənədlərin dərc olunmasının mümkünlüyünə gəlincə, Ermənistan hakimiyyəti danışıqlar prosesi ilə bağlı olan sənədləri sistemləşdirməyə çalışır. Proses başa çatdıqdan sonra biz riskləri qiymətləndirəcəyik və onların dərc edilib-edilməməsinə qərar verəcəyik. Əslində mən bunları dərc etməyi təklif edirəm, görək onların dövründə nələr müzakirə olunub", – deyə nazir vurğulayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi