Müştəri yönümlü biznes strategiyası

Müştəri yönümlü biznes strategiyasıHəm ötən il, həm bu ilin əvvəli sahibkarlar üçün sınaq oldu. Amma karantin tədbirlərinin biznesə təsiri mənfi olmaqla yanaşı, həm də bank sektorunu iş formatını dəyişdirməyə və yeni məhsullar yaratmağa sövq etdi. "AccessBank "ın beynəlxalq standartlara görə mənfəətə çıxmasına mane ola bilməyən çətinliklər, infrastruktura qoyulan investisiyalar və s. barədə "AccessBank"ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya Qaşikulina danışıb.
- Pandemiyadan sonra korporativ və KOB (kiçik və orta biznes) müştərilərinin ehtiyacları dəyişdi?
Konseptual olaraq müştərilərin ehtiyacları dəyişməyib - bank əməliyyatları apararkən maksimum rahatlıq, minimum bürokratiya və bankın iş saatlarından asılı olmamaq. Artıq bank əməliyyatlarını onlayn şəkildə yerinə yetirən və ya onlayn sistemə keçmək istəyən müştərilərin sayı artıb.
Bu gün biznes müştərilərin bütün pul köçürmələrinin 95%-i filialın iştirakı olmadan həyata keçirilir. İnternet bankçılığın rahat istifadəsini təmin etmək üçün "Deutsche Bank", "Raiffeisen Bank International", "Societe Generale" və s. kimi müxbir banklarla işləyirik.
Son dəyişikliklərə müştərilərin faiz xərclərinin minimuma endirilməsinə yardım edən beynəlxalq köçürmələr prosesinin sadələşdirilməsi, kredit xəttinin idarə edilməsi və istifadəsi daxildir. Həmçinin Əlaqə mərkəzini müştərilərlə iş üzrə yeni platforma ilə gücləndirmişik, korporativ müştərilər üçün isə xüsusi bölmə yaratmışıq.
Avqust-oktyabr aylarında MyAccess-də limitlər yaratmaq və onları dəyişdirmək funksiyasını tətbiq edəcəyik: hazırda istifadəçilər (həm hüquqi, həm də fiziki şəxslər) hesablararası, həmçinin bankdaxili köçürmələri, habelə ölkə daxilində və xaricə köçürmələr üçün limitləri müstəqil olaraq dəyişə bilərlər. Platformanın yenilənmiş menyusu artıq hüquqi şəxslər tərəfindən bütün qeyri-maliyyə əməliyyatlarının imzalanması funksiyasına malikdir. Platformanın təhlükəsizliyini də ayrıca qeyd etmək istərdim. Məlumatların və əməliyyatların təhlükəsizliyi sistemlərimiz ISO 27001 standartlarına uyğun qurulub.
- AccessBank-ın cari maliyyə vəziyyətini necə şərh edə bilərsiniz?
Bankın uğurla həyata keçirilən inkişaf strategiyası fəaliyyət göstəricilərini qorumağa və hətta yaxşılaşdırmağa imkan verdi. Bankın biznes portfeli 30 milyon, fiziki şəxslər üzrə depozit portfeli isə 29.9 milyon artdı, biznes müştərilərin dövriyyəsi isə pandemiyadan əvvəlki səviyyəsinə qayıtdı.
Bütün səhmdarlarımız beynəlxalq maliyyə təşkilatları olduqları üçün biz maliyyə vəziyyətimizi həm milli, həm də beynəlxalq maliyyə hesabatı standartlarına (MHBS - IFRS) uyğun olaraq qiymətləndiririk. Əgər milli standartlara görə Bank ilin birinci yarısında zərərlə fəaliyyət göstəribsə, beynəlxalq standartlara görə 4,5 milyon manat mənfəətdəyik.
Bu gün "AccessBank" nəinki bazarda mövqeyini qoruyub saxlayır, eyni zamanda həm də məhsul çeşidini, tərəfdaş şəbəkəsini və müştəri bazasını genişləndirir.
- Bankın korporativ və KOB müştərilərinə təklif etdiyiniz xidmətləri qeyd etdiniz. Bəs, kreditləşmədə vəziyyət necədir?
2021-ci ilin 7 ayı ərzində 324.2 milyon kredit vermişik. Bunlardan 4 milyonu Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) xətti ilə, 16.5 milyonu isə Sahibkarlığın İnkişafı Fondu (SİF) vasitəsilə verilib.
Məhsullar baxımından sənədli əməliyyatlara və zaminsiz kreditlərə tələb artıb.
Müştərilərimizə sürətli kredit təqdim etmək üçün yeni əməliyyat sisteminə - CRM-BPM keçirik. Sistem artıq pərakəndə satış seqmenti üçün tətbiq edilib, indi isə mikro kreditlər üzrə hazırlanır. Sistem, "Asan Finance", Mərkəzi Kredit Reyestri kimi xarici tərəfdaşlarla avtomatik inteqrasiyanı nəzərdə tutur. Təhlil prosesinin sadələşdirilməsi və sorğuların təsdiqlənməsi, sistemi daha da effektiv edir.

İqtisadiyyat       Tarix: 18 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler meherremlik 2026 metbuat xeberleri son xəbər