Nahapetyan: "Qərb istəyir ki, İrəvan Əliyevin bütün tələblərini qeyd-şərtsiz yerinə yetirsin"
"Brüssel artıq Ermənistanla ultimatum dili ilə danışır, İrəvandan oyunları dayandırmağı və sülh sazişini imzalamağı tələb edir".
KONKRET.azxəbər verir ki, erməni hərbi ekspert Hayk Nahapetyan Ermənistanın əsas uğursuzluqlarının səbəbi kimi Qərbi günahkar sayır:
"Çarlz Mişel adlı məşhur avropalı məmur Qərbin qlobal maraqlarına xidmət edir və onun son açıqlamaları bu baxımdan nəzərə alınmalıdır.
Çünki bu gün Azərbaycan Avropa ölkələri arasında unikal dövlətdir ki, onun enerji daşıyıcıları Rusiyanın enerji daşıyıcılarını əvəz edir, ona görə də təzyiq yalnız Ermənistanadır və bu, Əliyevin bütün tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirmək deməkdir.
Azərbaycan və Türkiyə Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsində çox maraqlıdır. Bu addımla həmin ölkələr Ermənistanın ərazi iddialarına birdəfəlik son qoymaq istəyirlər. Qərb də Azərbaycanın bu marağına dəstək verir. Qərb heab edir ki, yeni Konstitusiya ilə Ermənistan neytral dövlətə çevriləcək, yəni hər hansı hərbi-siyasi dövlət strukturuna qoşulmaqdan imtina edəcək. Ermənistan KTMT üzvülüyündən azad olacaq. Neytrallıq həm də o deməkdir ki, Ermənistan öz ərazisində başqa ölkənin hərbi bazasına malik olmamalıdır".
Nahapetyanın sözlərinə görə, Qərb planının əsasını Zəngəzur dəhlizi adlanan yerin açılması planı təşkil edir ki, bunun üçün ən böyük maneə Qarabağ olub və ona görə də o torpaqlar Azərbaycana verilib. Azərbaycan hərbi qüvvələri İranla 102 km-lik hissəyə yerləşdirilib. Araz vadisi, Qubadlı, Zəngilan, Cəbrayıl Ermənistan silahlı qüvvələrinin nəzarətindən alınıb. Bu, həmin dəhlizin açılması üçün ilk addım idi. İkinci hissə, 44 km, hazırda işlərin aparıldığı Meğri – Aqarak hissəsidir, ona görə Ermənistan 9 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndinin tələblərini yerinə yetirməkdən açıq şəkildə imtina edir. Ermənisytan Rusiyanın nəzarətindən açıq şəkildə imtina edir. Qərb üçün Rusiya və İranın Ermənistan və Gürcüstandan keçəcək quru sərhədi bununla kəsilir. Məqsəd Rusiyanın şərqində lazım gələrsə, Rusiya Federasiyasına qarşı hərbi əməliyyatların keçirilməsinə xidmət edəcək silahlıların toplanmasıdır. Avropa rəsmisinin təzyiqi Ermənistana sənədləşdirilmiş şəkildə Zəngəzur dəhlizini təhvil verməyə yönəlib".
Onun sözlərinə görə, o yol iqtisadi deyil, hərbi xarakter daşıyacaq. "Həmin dəhlizlə ki, radikal qrupların Rusiyanın cənubunda və şərqində, xüsusilə Orta Asiya respublikalarında və Azərbaycanda cəmləşməsini təmin edəcək".
Natiq Səlim,
KONKRET.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar