Nar'ın dəstəyi ilə qəhrəman müəllimlər haqqında kitab çap edildi - FOTOLAR
"Nar"ın Zəfər Gününə həsr etdiyi "Yaşa, Vətən!" kommunikasiyasının davamı olaraq, 44 günlük Vətən müharibəsində iştirak etmiş müəllimlərin qəhrəmanlıqlarından bəhs edən "Qazi müəllimlər" kitabının təqdimatı olub.
Azxeber.com xəbər verir ki, mobil operatorun dəstəyi ilə çap edilən kitabda Vətən müharibəsindən sonra "Qafqazinfo" xəbər portalının "Qəhrəman müəllimlərimizi tanıyaq" layihəsi çərçivəsində hazırladığı 38 reportaj toplanıb. Qeyd edək ki, xəbər saytının Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə hazırladığı bu yazılar cəmiyyətdə böyük marağa səbəb olub və şagirdlərin hərbi vətənpərvərlik ruhda yetişməsinə töhfə verib.
Kitab ilkin olaraq 2000 tirajla, təxminən 150 səhifə olmaqla, 4 rəngdə nəfis şəkildə Türkiyədə nəşr olunub. Kitabın ödənişsiz olaraq həm Bakı şəhəri üzrə, həm də ölkənin digər məktəblərinə paylanılması nəzərdə tutulur. Qeyd edək ki, layihənin məqsədi qazi müəllimlərimiz haqqında məlumatın geniş yayılması və onların şücaətinin gələcək nəsillərin tərbiyəsinə töhfə verməsidir.
"Nar"ın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib ki, "Nar"ın kitabın çapına dəstək olmaqda məqsədi qazi müəllimlərimizin igidlikləri və döyüş yolunu hər kəsə çatdırmaqdır: "Nar" olaraq, Vətən müharibəsinin qəhrəman simalarının təşviqinə dəstək olmaq bizim üçün qürurdur. Bu kitabda qəhrəmanlıq hekayəsini oxuduğumuz hər bir müəllimin sinif otaqlarına geri dönüb vətənpərvər, savadlı, cəmiyyət üçün faydalı şəxsiyyətlər yetişdirəcəyindən əminik".
"Qafqazinfo" xəbər portalının baş direktoru Elbrus Ərud çıxışı zamanı vurğulayıb ki, 38 müəllim yazdığı bu tarixi salnamə ilə məktəblilərin gerçək qəhrəmanlarına çevrilib: "Adətən şagirdlərin ilk tanış olduğu nağıl qəhrəmanlarıdır, onların çoxu da xalqın təfəkküründə uydurulmuş mifik obrazlardır. Bu şagirdlərin xoşbəxtliyi ondadır ki, həmin qəhrəmanlar onların auditoriyasındadırlar. Bu müəllimlərin hər biri artıq öz sözlərini demiş insanlardır".
Qeyd edək ki, "Nar"ın layihələri haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.







Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar