"Nar"ın keçirdiyi "Mobil rabitənin əsasları" təlimi yekunlaşdı - FOTOLAR
"Nar" texniki heyətinin hazırladığı və həyata keçirdiyi "Mobil rabitənin əsasları" təlimi müvəffəqiyyətlə yekunlaşdı. Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən təlimdə iştirak edən tələbələr sertifikatlarla təltif edildilər.
Rabitə texnologiyaları mövzusunda keçirilən təlimdə tələbələr mobil şəbəkənin fəaliyyətini "Nar"ın texniki heyətinin real təcrübəsi əsasında öyrəndilər. Tələbələrin mobil rabitə bazarına peşəkar kadr olaraq hazırlanması və məzun olduqdan sonra qısa müddət ərzində uğurlu karyera qurmaları üçün keçirilən təlim "Nar"ın təhsilə dəstək korporativ məsuliyyət strategiyası çərçivəsində təşkil edilir.
Qeyd edək ki, mobil operator AzTU ilə 2015-ci ildən əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində "Nar" əməkdaşlarının keçirdiyi təlimlərlə yanaşı universitetin nəzdində "Nar" GSM laboratoriyası da fəaliyyət göstərir. Universitetlə əməkdaşlığın əsas hədəfi yerli telekommunikasiya ixtisası üzrə təhsil alan azərbaycanlı gənclərin nəzəriyyə ilə yanaşı təcrübi biliklərə də yiyələnərək rabitə bazarında əcnəbi həmkarlarından üstün mövqelərə yiyələnməsidir.




Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR
Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ
Qızıl ucuzlaşdı - Yeni qiymətlər
"Qızıl top"un sahibi bəlli oldu
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
İnfantinodan "Sabah" – "Qarabağ" oyunu ilə bağlı paylaşım – FOTOLAR