NATO müharibəyə daxil olur? - Rusiya ilk bu ölkələrə zərbələr endirəcək

NATO müharibəyə daxil olur? - Rusiya ilk bu ölkələrə zərbələr endirəcəkXəbər verildiyi kimi, ABŞ Prezidenti Cozef Bayden ATACMS taktiki ballistik raketləri ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirməyə icazə verib. Bundan başqa, Böyük Britaniya və Fransanın da oxşar qərar verdiyi qeyd olunur. Litva Prezidenti də təsdiqləyib ki, Ukrayna Qərbin raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirə bilər.
Rəsmi Moskvanın isə bu hadisələrə cavabı gecikməyib. Bildirilib ki, bu, NATO ölkələrinin müharibədə birbaşa iştirak etməsi anlamına gələcək, Rusiya adekvat reaksiya verəcək.
Rusiya Federasiyası Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov isə bunu üçüncü dünya müharibəsinə səbəb olacaq addım kimi qiymətləndirib.
Görəsən, hadisələr bundan sonra necə inkişaf edə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Baydenin belə qərar verməsinin arxasında müəyyən məqsədlər gizlənir:
NATO müharibəyə daxil olur? - Rusiya ilk bu ölkələrə zərbələr endirəcək"ATACMS taktiki ballistik raketləri 306 km məsafədəki hədəfi məhv edə biləcək potensialdadır. Sözügedən silahla Bryansk, Kursk, Voronej kimi ərazilərdə yerləşən strateji obyektlər məhv edilə bilər. Qeyd olunan məntəqələrdə Rusiyanın neft-qaz emalı zavodları və aerodromlar var. Ukraynanın ballistik raketlərlə zərbələri müharibənin gedişində müəyyən dəyişikliklərə səbəb ola bilər. Baydenin bu qərarı verməsinin məqsədi də budur. Müttəfiqlər Ukraynanın danışıqlar masasında güclü olmasının tərəfdarıdırlar".
Ekspert vurğulayıb ki, ATACMS-dən istifadə müharibənin coğrafiyasını daha da genişləndirə bilər:
"Rusiyanın hava hücumundan müdafiə qüvvələri adıçəkilən raketlər qarşısında tab gətirməyə bilər. Baxın, ATACMS-nin istifadəsi ilkin mərhələdə Kursk üçün nəzərdə tutulub. ABŞ qeyd edir ki, orada 12 minə qədər Şimali Koreya əsgəri var. Ukrayna da buna görə, raketlərdən istifadə edir. Ancaq Rusiya rəsmiləri açıqlamışdı ki, ABŞ-nin və ya Qərbin bu kimi addımları NATO-nun birbaşa müharibəyə daxil olması kimi qiymətləndiriləcək və cavab sərt olacaq. Qeyd edim ki, müharibənin coğrafiyasının genişlənmə ehtimalı var. Rusiya tərəfi Polşa və ya Finlandiya kimi ölkələrin ərazilərində yerləşən alyansın hərbi bazalarına zərbələr endirə bilər. Bununla da müharibə daha gec başa çatacaq".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 19 noyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler bugun son xeberler bugun 2026 azerbaycan en yeni xeberler qarabag