NATO yeni muharibəyə hazırlaşır - ƏTRAFLI

NATO yeni muharibəyə hazırlaşır - ƏTRAFLINATO qüvvələri Ukrayna münaqişəsinin nümunəsi əsasında pilotsuz aparatlar müharibəsinə hazırlaşır.
KONKRET.azxəbər verir ki, bunu alyansın yüksək rütbəli generalı bəyan edib.
Business Insider yazır ki, NATO ordularının hazırlanması üçün Ukrayna müharibəsində əldə olunan təcrübədən getdikcə daha çox istifadə edir. Alyans generallarının sözlərinə görə, onlar artıq pilotsuz uçuş aparatlarının geniş tətbiq olunduğu müharibəyə uyğun taktikanı, silahlanmanı və təlim proqramlarını dəyişirlər. Bununla belə, bu təlimlər hər zaman problemsiz keçmir.
Business Insider-in müəllifi Ceyk Epşteyn yazır ki, Avropada NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Qrinkeviç hesab edir ki, müttəfiq qüvvələr müasir döyüş şəraitində uğurla fəaliyyət göstərə biləcəklər. Söhbət pilotsuz aparatların, radioelektron mübarizə vasitələrinin və fasiləsiz müşahidə sistemlərinin üstünlük təşkil etdiyi döyüş meydanından gedir.
General Qrinkeviç İngiltərənin Farnboro şəhərində keçirilən beynəlxalq aviasiya sərgisində Business Insider-ə müsahibəsində deyib:
"Mən hesab edirəm ki, biz buna hazırıq."
Bununla o, sürətlə dəyişən döyüş üsulları dövründə NATO-nun hazırlığını təsdiqləyib.
General bildirib ki, NATO-nun iki strateji komandanından birinə rəhbərlik edir və alyansın bütün hərbi əməliyyatlarına cavabdehdir. Onun sözlərinə görə, Avropadakı bölmələr artıq Ukrayna müharibəsinin təcrübəsi nəzərə alınmaqla hazırlıq keçir.
Qrinkeviç deyib:
"Biz hər gün ukraynalı hərbçilərin təcrübəsini öyrənir və onların bu çağırışların öhdəsindən necə gəldiyini təhlil edirik."
O əlavə edib ki, texnologiyalar və taktika son dərəcə sürətlə inkişaf edir. Buna görə də ön cəbhədə olanlarla daimi əlaqə saxlamaq vacibdir ki, dəyişikliklər vaxtında qiymətləndirilə bilsin.
NATO-nun gələcək çağırışlara uyğunlaşdırılması ilə məşğul olan fransalı admiral Pyer Vandyenin fikrincə, Ukraynanın təcrübəsi alyansın imkanlarını gücləndirir.
Artıq NATO-nun təlim proqramlarına və hərbi doktrinasına Ukrayna müharibəsində qazanılmış təcrübənin bir hissəsi daxil edilib. Bəzi hallarda isə döyüş şəraitində sınaqdan çıxmış sistemlər birbaşa silahlanmaya qəbul edilir. Buna misal olaraq, ABŞ-ın İranla gərginlik başlayarkən Yaxın Şərqə təcili göndərdiyi Merops pilotsuz aparatlara qarşı mübarizə sistemi göstərilir.
NATO ukraynalı hərbçilərin təcrübəsindən digər layihələr vasitəsilə də istifadə edir. Onlardan biri Birgə Təhlil, Hazırlıq və Təhsil Mərkəzidir (JATEC).
Məsələn, mart ayında Portuqaliya sahillərində keçirilən dəniz təlimləri zamanı "şərti rəqib" rolunda çıxış edən Ukrayna komandası dronlardan istifadə edərək NATO qüvvələrini məğlub edib. Bu təlim alyansa həm pilotsuz katerlərdən istifadənin, həm də onlara qarşı müdafiənin yollarını işləyib hazırlamağa imkan verib.
Admiral Vandye bu cür təlimləri olduqca faydalı adlandıraraq bildirib ki, onlar NATO-nun müasir təhlükələrə baxışını dəyişib.
Məqalədə qeyd olunur ki, 2022-ci ildən bəri Ukrayna müharibəsinin xarakteri ciddi şəkildə dəyişib. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, hazırda zərbələrin təxminən 90 faizi pilotsuz aparatların payına düşür. Halbuki əvvəllər əsas zərbə vasitəsi artilleriya idi.
Bu səbəbdən NATO Ukraynanın müasir döyüş təcrübəsini daha dərindən öyrənir. Burada partlayıcı ilə təchiz edilmiş kvadrokopterlər piyadaları hədəfə alır, dəniz dronları isə döyüş aviasiyasına qarşı istifadə olunur.
General Qrinkeviç bildirib ki, NATO müntəzəm olaraq ukraynalı hərbçiləri "şərti rəqib" qismində təlimlərə dəvət edir. Bu, alyansa gələcək münaqişələrə daha yaxşı hazırlaşmağa kömək edir.
Onun sözlərinə görə:
"İlk gün nəticələrimiz həmişə ən yaxşı olmur. Ancaq altıncı və ya yeddinci günə NATO hərbçiləri artıq tam uyğunlaşır və bütün zəruri bacarıqları mənimsəyirlər".
Ağagül Mürsəlov,
KONKRET.az

Siyasi       Tarix: 25 iyul 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal bugun butun xeberler en son xeberler bu gun son.xeberler