"Naxçıvan Azərbaycan xalqına Ulu Öndəri bəxş edib" - İlham Əliyev

"Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin müəllifi məşhur naxçıvanlı memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldıldı. O abidənin arxasında onun ölməz əsəri Möminə xatun məqbərəsi yerləşir".
KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
"Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik.
Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir", – dövlət başçısı qeyd edib.

Siyasi       Tarix: 12 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov

Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar üçün heç kim şərt qoymur. KONKRET.azxəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Rusiya danışıqlara açıqdır

Ceyhun Bayramov Mirzoyanla görüşəcək

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov yaxın zamanda erməni həmkarı ilə görüşəcək. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov məlumat verib. Nazir bildirib ki, xarici işlər naziri Ararat Mirzoyanla ən son Bişkekdə bi

İran Hörmüzü bağlı saxlayır - ABŞ həll yolu tapdı: regionun nefti indi hara gedəcək?

ABŞ-ın Energetika naziri Kris Rayt bildirib ki, neft bazarları Hörmüz boğazının açılması üçün İranla razılaşma gözləmək əvəzinə, alternativ həll yollarından istifadə etməlidir. KONKRET.azxəbər verir ki, Raytın sözlərinə görə

İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovaya təbrik ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident, Şimali Makedoniya Respublikasını

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib

Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nı təsdiq edib. xəbər verir ki, bununla bağlı dövlət başçısı yen

İsraildən ŞOK HƏDƏ: "Tehranı azad edəcəyik"

İsrailin müdafiə naziri İsrael Kats yəhudi Yeni ili (Roş ha-Şana) bayramı ərəfəsində İranda yaşayan yəhudi icmasına müraciət edərək gələn il Tehrandakı vəziyyətin kökündən dəyişə biləcəyini bildirib. KONKRET.azxəbər veri

Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır

"Armeniya" blokunun deputatı Levon Köçəryan sentyabrın 8-də keçirdiyi mətbuat konfransında Ermənistanın Aİ-yə inteqrasiya prosesindəki qeyri-müəyyənliyi və Qərbin mövqeyini tənqid edib. xəbər verir ki, bu barəd

Rusiyalı politoloq: Avropa ilə birbaşa müharibə təhlükəsi var

"80 il əvvəl strateji düşünməyi dayandıran avropalılar odla oynayırlar". KONKRETazxəbər verir ki, bu açıqlamanı Rusiya Beynəlxalq İşlər Şurasının sədri, politoloq Dmitri Trenin -ın "Güc amili" verilişind

Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: "Gəmilər məhv ediləcək"

Rusiya Qara dənizdə Ukrayna ordusu üçün silah-sursat daşındığını iddia etdiyi yük gəmilərinə zərbələri davam etdirəcək. xəbət verir ki, "Komsomolskaya Pravda"nın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbua


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xabar xeberler bu gun krimnal xeber sonxeberler