Naxçıvan təxribatının detalları: İrəvana olan məsafə... - Faktlar açıqlandı
20 sentyabr Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Bu münasibətlə Ali Baş Komandan Prezident İlham Əliyev başda olmaqla, xalqımızı təbrik edirəm. Azərbaycanın son 200 illik tarixində bu, əlamətdar bir hadisədir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində separatizmə birdəflik son qoyuldu və bütün ölkə ərazisində konstitusiya quruluşu, suverenliyimiz bərpa edildi.
KONKRET.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının təmsilçisi, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
O qeyd edib ki, Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra Ermənistana beynəlxalq hüququn normalarına uyğun sülh konsepsiyası təklif edib:
"Bütün bunlar 10 noyabr 2020-ci ildə (Azərbaycan, Rusiya və Ermənistan) imzalanmış üçtərəfli bəyanata əsaslanır. Həmin razılaşma ilə Ermənistan üzərinə öhdəliklər götürüb. Sülh prosesinə indiki halda əsas meneə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan əsassız ərazi iddialarıdır. Erməni tərəfi bu məsələləri aradan qaldırmalıdır".
Siyavuş Novruzov Ermənistanın son vaxtlar Naxçıvan istiqamətində ardıcıl təşkil etdiyi hərbi təxribatlara da toxunub:
"Naxçıvan Ermənistanla uzun sərhəd xəttinə malikdir. Erməni tərəfi Naxçıvanla sərhəddə təxribat törətməklə başqa bir fikir formalaşdırmağa çalışır. Azərbaycanın bu təxribatlara layiqli cavabı fonunda Ermənistan guya onların ərazisinə hansısa iddianın olması ilə bağlı əsassız məsələləri gündəmə daşımaq niyyətləri var. Sözsüz ki, Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Hissəsi döyüşə hər an hazırdır. Ali Baş Komandanın istənilən tapşırığını Naxçıvandakı hərbi birləşmə yerinə yetirməyə qadirdir. Naxçıvanla İrəvan arasında məsəfə elə də böyük deyil. Ermənilər də bu məsələ ətrafında ajiotaj yaratmaqla digər əsassız iddiaları ortaya atırlar"./Teleqraf.com

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb