Nazir: "Dövlət büdcəsində deputatların təklifləri nəzərə alınmaqla bir sıra dəyişiklik edilib"
2020-ci ilin dövlət büdcəsində deputatların təklifləri nəzərə alınmaqla bir sıra dəyişiklik edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclsin bu gün keçirilən plenar iclasında deyib.
Nazir bildirib ki, siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsait 1 milyon manat artırılaraq 4 milyon manata çatdırılıb:
"İctimai birliklər üçün nəzərdə tutulmuş vəsaitin 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılması da təklif edilir. Bununla bərabər, Azərbaycan Prezidentinin sərəncamının icrasına uyğun olaraq, Şəmkir rayonunun tarixi ərazisində Qədim Şəmkir şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağru rayonu ərazisinlə Qədim Ağsu şəhər Dövlət Tarix-Mədənyiyət Qoruğu yaradılması ilə bağlı xərclər üçün də 600 min manat vəsaitin ayrılmasının büdcə layihəsində nəzərə alınması təklif olunur. Həmçinin 2020-ci il üçün Milli Məclisin xərclərinin əlavə olaraq 1,9 milyon manat artırılması təklif edilir".
Nazir, həmçinin gələn ilin dövlət büdcəsinin kəsir və xərclərində də dəyişikliyin olduğunu diqqətə çatdırıb.
S.Şərifovun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası tərəfindən hökumətə müraciət daxil olub: "Həmin müraciətə əsasən, Naxçıvan Muxtar Respublikasında gəlirlər potensialının 19 milyon manat artırılması müvafiq olaraq Muxtar Respublikaya ayrılan dotasiya məbləğinin 19 milyon manat azalmasına imkan yaradır".
Nazir qeyd edib ki, qənaət edilmiş 19 milyon manat vəsaitin dölət büdcəsi kəsirinin azalmasına yönəldilməsi təklif olunur: "Bu zaman Muxtar Respublikanın büdcəsinin gəlir və xərcləri dəyişməz olaraq 482 milyon manat səviyyəsində qalmaqla, dövlət büdcəsindən Muxtar Respublikasının büdcəsinə yönəldilən dotasiyanın məbləği 4,9 faiz azaldılacaq. Aparılacaq dəyişiklik nəticəsində 2020-ci il icmal büdcənin gəlir və xərcləri təqdim olunmuş layhədəki kimi müvafiq olaraq 27 milyard 552 milyon manat və 29 miylard 488 milyon manat səviyyəsində nəzərdə tutulur. İcmal büdcənin kəsiri isə 19 milyon azaldılaraq 1 milyard 936 milyon manat təşkil edəcək. Dövlət büdcəsnin gəlirləri gəlirləri təqdim olunmuş səvyyədə, yəni 24 milyard 134,5 mlyon manat, xərcləri 19 milyon manat azaldılaraq 26 miylard 894,7 milyon manat, kəsir isə 19 milyon manat azaldılaraq 1 milyard 786 milyon manat təşkil edəcək".
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib