Nazirlər Kabinetinin aylıq fəaliyyəti açıqlanıb

Nazirlər Kabinetinin aylıq fəaliyyəti açıqlanıb2020-ci ilin yanvar ayı ərzində Nazirlər Kabinetində 1 Sərəncam, 26 Qərar hazırlanaraq imzalanıb və dərc edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu qərarlardan 7-nin geniş əhali təbəqələri üçün əhəmiyyəti nəzərə alınaraq sadə izahı Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib.
Yanvarın 9-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun iştirakı ilə Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib. Bu müqavilələr Azərbaycanda 440 meqavat gücündə bərpaolunan enerji istehsalını mümkün edəcək.
Yanvarın 16-da Baş Nazir Əli Əəsdovun imzaladığı Sərəncamla Prezident İlham Əliyevin yanında yanvarın 13-də keçirilmiş müşavirədə Nazirlər Kabinetinə tapşırılmış vəzifələr əsasında Tədbirlər Planı təsdiqləndi. Tədbirlər Planına Prezidentin müəyyənləşdirdiyi 26 tədbir daxildir.
Yanvarın 17-də Prezident İlham Əliyevin yanvarın 13-də keçirdiyi müşavirədə əmək münasibətlərinin tənzimlənməsinə dair Nazirlər Kabinetinə verdiyi tapşırığın icrası ilə əlaqədar Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirildi.Qəbul olunmuş qərarlar kölgə iqtisadiyyatınını mədudlaşdırlmasına xidmət edəcək.
Nazirlər Kabinetində yanvarın 24-də keçirilmiş müşavirədə isə Prezident İlham Əliyevin icbari sığortanın tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələr müzakirə edilib. Əmlakın icbari sığortası və aqrar sığorta məsələlərinin müzakirəsindən sonra qərarlar qəbul edilib ki, onların yerinə yetirilməsi həm sığorta bazarını genişləndirəcək, həm dövlətin üzərindəki yükü azaldacaq, həm də vətəndaşların əmlakını sığortalı edəcək.
Yanvarın 25-də Baş Naziri Əli Əsədov Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman ilə görüşüb və onu 70 illik yubileyi münasibətilə təbrik edib.
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti Türkiyədəki zəlzələ zonasından azərbaycanlı tələbələrin təxliyyəsi ilə bağlı koordinasiya işini həyata keçirdi və 102 tələbə Prezidentin göndərdiyi xüsusi təyyarə ilə Bakıya çatdırıldı.
Prezident Ilham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində müvafiq qurumların iştirakı ilə koronavirus epidemiyasının Azərbaycana yayılmasının qarşısını almaq məqsədilə müşavirə keçirildi və qərarlar qəbul olundu. Həyata keçirilən tədbirlər nəticəsində ölkədə epidemioloji vəziyyət tam nəzarətdə saxlanılır.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 12 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbayca

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta krminal bu gun xeberler bugun 2026 sonxəbərlər