Nazirlik: Tez-tez xəstələnən uşaqlar 7 yaşından məktəbə getsələr yaxşı olar

Nazirlik: Tez-tez xəstələnən uşaqlar 7 yaşından məktəbə getsələr yaxşı olar"İl ərzində tez-tez xəstələnən, psixoloji cəhətdən hazır olmayan uşaqlar 7 yaşından məktəbə getsələr, tibbi-nöqteyi nəzərdən yaxşı olar".
KONKRET.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova bildirib.
Onun sözlərinə görə bəzi valideynlər düşünür ki, uşaq saya bilirsə, şeirlər əzbərləyə bilirsə, məktəbə getməyə hazırdır:
"Amma bu hələ o uşağın məktəbə hazırlıqlı olmağına əsas vermir. Uşağı oyundan, öz dünyasından götürüb məktəbə gətirmək doğru deyil. Bu, gələcəkdə uşağın psixologiyasına mənfi təsir edə bilər. Məktəbi sevməyə, yaşıdlarından kiçikdirsə, özünü sinif yoldaşlarından zəif hiss edə bilər. Valideynlər bu barədə pedaqoqla, psixoloqla müzakirə etsələr yaxşı olar. Subyektiv fikrim budur ki, uşaq 7 yaşından sonra məktəbə getməlidir".
O qeyd edib ki, uşaqlar tez yorulurlar:
"Uşaqları həm dərslə, həm də əlavə məşğələlərlə yükləmək onların tez-tez xəstələnməsinə, depressiyaya düşmələrinə səbəb ola bilər. Nəticədə uşaqda həm zehni, həm fiziki tükənmişlik sindromu yarana bilər. İbtidai təhsilin I və II sinfində uşaqlara əlavə dərslər yükləmək düzgün deyil. Onsuz da məktəb proqramı kifayət qədər ağırdır. Bu yaşda uşaqları idmana, üzgüçülüyə və s. aparmaq olar. Lakin dil kurslarına, digər dərnəklərə yazdırmaq bu siniflər üçün məsləhətli deyil".

Sağlamlıq       Tarix: 16 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


son xeberler yeni xeberler azerbaycan xeberleri hava durumu dunyada son xeberler maliyye xeberler bugun krminal bu gun