Nikolla bağlı sirlər açılır: Paşinyanı heç nə maraqlandırmır, əslində onun məqsədi bu imiş

Nikolla bağlı sirlər açılır: Paşinyanı heç nə maraqlandırmır, əslində onun məqsədi bu imişErmənistanda cərəyan edən siyasi hadisələr region dövlətlərində diqqətlə izlənilir və təhlil olunur. Qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan hakimiyyətinin təzadlı qərarları çox vaxt siyasi ekspertlərin təəccübünə səbəb olur. Baş nazir Paşinyanın Qərb siyasəti, Avropaya "stavka" etməsi ən yaxın müttəfiqi Rusiyanın xoşuna gəlməsə də, o kursunu davam etdirir. Əlinə düşən imkanda Rusiyanı kəskin tənqid edən erməni baş nazir bir neçə gündür Amerikada səfərdədir. O Vaşinqtonda bir neçə məsələni müzakirə etməyə imkan tapıb. Paşinyanın siyasi kursunu bəyənməyən ABŞ-dəki erməni diasporası Vaşinqtonla onun görüşünə toplaşıb və bəzi məsələlər müzakirə olunub. Ermənistan Baş naziri diaspora nümayəndələrindən qondarma erməni soyqırımı məsələsinin gündəmdən çıxarılmasını təklif edib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Xəyal Bəşirov Paşinyanın ABŞ-a böyük ümidlərlə getdiyini bildirib:
Nikolla bağlı sirlər açılır: Paşinyanı heç nə maraqlandırmır, əslində onun məqsədi bu imiş"Paşinyanın diaspora ilə münasibətləri heç vaxt yaxşı olmayıb. Hətta Baş nazir diasporanın Ermənistandakı dayaqlarını laxlatmaq üçün bir sıra addımlar atıb. Diaspora da öz növbəsində Paşinyanın hakimiyyətdən getməsində maraqlıdır. Xaricdəki erməni diaspora və lobbi təşkilatlarının əsas işi keçmiş Qarabağ münaqişəsi və qondarma erməni "soyqırımı" məsələsidir. Bu iki məsələnin üzərində erməni diasporu və lobbi təşkilatları formalaşıb. Uzun illər ərzində böyük maliyyə resursları qazanıblar. Bu gün də fəaliyyət göstərirlər. İkinci Qarabağ Müharibəsində Ermənistan ordusu və dövlətinə vurulan zərbə həm də erməni diasporuna dəyən zərbə idi. Onların mövcudluğuna zəmanət verən amillərdən biri və ən əsası gündəmdən çıxarıldı. Qarabağ münaqişəsi artıq tarixin arxivinə qovuşdu. Bu gün sülh əldə olunmasa da, münaqişə mərhələsi arxada qaxlıb. Bunu  həm Ermənistanın özü, həm də dünya dövlətləri qəbul edir. Burada əsas məqamlardan biri də Türkiyə-Ermənistan münasibətləridir. Bu gün Azərbaycanla Ermənistan sülh danışıqşlarını davam etdirir. Bu, ondan xəbər verir ki, günlərin birində biz Ermənistanla sülhə nail olsaq, avtomatik  Türkiyə ilə Ermənistan arasında da münasibətlər normallaşacaq. Çünki Türkiyənin əsas şərti Azərbaycan-Ermənistan arasında keçmiş münaqişədən sonra sülh sazişinin imzalanması tələbidir. Yalnız ondan sonra Türkiyə ilə Ermənistan arasında sərhədlər açıla bilər. Ermənistanla Türkiyə arasında sərhədlər açılsa, artıq "soyqırımı" amili bir kənara qoyulacaq.
Bununla da, erməni diasporu və lobbi təşkilatlarının mövcudluğu üçün əsas amil aradan götürülür və mövcudluğuna hər hansı zərurət qalmır. Ona görə də, Paşinyan ABŞ-da onlarla görüşüb və soyqırımı məsələsinin gündəmdəm çıxarılmasını müzakirə edib. Bu, bir daha ondan xəbər verir ki, Paşinyan bu addımı onlarla anlaşma formasında atmağa çalışır. Diaspora və lobbi təşkilatlarındakı ermənilər də anlayırlar ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansa, artıq Ermənistan-Türkiyə arasında da hər hansı məsələ qalmır. Özləri də çox gözəl anlayırlar ki, Paşinyanı nə Azərbaycan Ermənistan, nə də Türkiyə-Ermənistan münasibətləri maraqlandırır. Paşinyanın məqsədi öz hakimiyyətini qoruyub saxlamaqdır. "Soyqırımı" məsələsini Paşinyan tarixi reallıq kimi təqdim etmir. Sadəcə izah edir ki, "soyqırımı" məsələsi erməni xalqı üçün yaxşı heç nə vəd etmir. Onun məntiqindən yanaşsaq belə çıxır ki, bu gün Ermənistan zəifdir, Ermənistanın o qədər gücü və dəstəyi yoxdur ki, "soyqırımı" məsələsini davam etdirsin. Bu, o deməkdir ki, məsələ bu gün olmasa da, gələcəkdə qaldırıla bilər. Sadəcə Paşinyana görə mövcud vəziyyətlə bağlı məsələ bu gün prioritet olmamalıdır. Əslində Azərbaycanla sülh prosesinə də Paşinyanın yanaşması belədir. O səmimi deyil. Paşinyan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına ən ciddi maneə yaradan konstitusiya məsələsində heç bir addım atmaq istəmir. Bunu etmirsə, deməli, Paşinyan səmimi deyil. O, bəzi məsələləri təxirə salmaqla özünün hakimiyyətini gücləndirməyə çalışır".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 05 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə xeber cəbhədən ən son xəbərlər xeberler bugun