"Ölkə başçımızın rəhbərliyi altında xalqımızı daha böyük uğurlar və zirvələr gözləyir" - ŞƏRH + FOTO

"Ölkə başçımızın rəhbərliyi altında xalqımızı daha böyük uğurlar və zirvələr gözləyir" - ŞƏRH + FOTO
"Azərbaycanın milli dövlətçiliyi son 20 il ərzində özündə inkişaf, intibah və qələbə mərhələlərini əks etdirib. Ən şərəfli tariximiz olub. Bu tarixin əsaslarını ümummilli lider Heydər Əliyev qoyub, Prezident İlham Əliyev isə güclü Azərbaycan dövlətini ucaldıb. Hər bir dövlətin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır.  Dövlət iqtisadi cəhətdən asılı olduqda xarici sifarişlərin icraçısına çevrilir. Azərbaycan sözün əsl mənasında iqtisadi və siyasi müstəqilliyinə qovuşa bildi".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. O qeyd edib ki, siyasi müstəqilliyin möhkəm olması dünyada özünün ədalətli mövqeyinin inamla müdafiə etməsinə və dünya nizamının əsas aktoruna çevrilməsinə yol açır:
"Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq arenalarda sözünün imzası qədər möhkəm olduğunu təsdiq edərək nüfuzlu aktora çevrilib. Bu gün Azərbaycan dövləti Qoşulmama Hərəkatına sədrlik etməklə yanaşı Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib.
İqtisadi uğurlarımızın təməlində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi dayanır. Azərbaycan xalqının milli sərvəti olan neft-qaz resurslarından səmərəli və şəffaf istifadə etməsi sayəsində ölkəmizin qeyri-neft sektoru uğurla inkişaf etdirilib. Neft-qaz sahəsində icra olunan BTC, BTƏ, TANAP, TAP kimi beynəlxalq enerji ixracı layihələrimiz neft və qaz resurslarımızın dünya bazarlarına ayaq açmasına yol açdı. Prezident İlham Əliyev seçildiyi ilk gündən deyirdi ki, neft kapitalını insan kapitalına çevrilməlidir. Son 20 ildə neft gəlirlərinin ədalətli və şəffaf bölüşdürülməsi sayəsində ölkəmizin qeyri-neft sektoru inkişaf etməklə insanların rifahının yaxşılaşmasını təmin etdi".
Millət vəkili bildirib ki, son 20 ildə sahibkarlığın inkişafına dövlət dəstəyi  proqramları icra olunub:
"Son 20 ilin makroiqtisadi göstəricilərinə qısa olaraq nəzər salaq: ÜDM 3,6 dəfə, adam başına düşən ÜDM 3 dəfə, dövlət büdcəsinin gəlirləri 30 dəfə, xarici ticarət dövriyyəsi 10,8 dəfə, ixrac 16,1 dəfə, dövlət valyuta ehtiyatları 47 dəfə artıb.
Valyuta ehtiyatlarımız 67 milyard dollar olmaqla xarici dövlət borcunu 10 dəfə üstələyir. Son 20 ildə ölkə iqtisadiyyatına 300 milyard dollar sərmayə yatırılıb, onun da 190 milyard dolları qeyri-neft sektoruna yönəldilib. Son 20 ildə sahibkarlığın inkişafına dövlət dəstəyi proqramları icra olunub. Sənaye parkları, sənaye məhəllələri və aqroparklar istifadəyə verilərək ölkədə  müxtəlif çeşidli qeyri-neft məhsullarının istehsalının artmasına, vətəndaşların etibarlı mallarla təmin edilməsinə və ixrac potensialının artmasına töhfə verilib. Son 20 ildə ölkədə 2 milyondan çox iş yeri yaratmaqla işsizlik 50%-dən 5%-ə, yoxsulluq isə 49%-dən 5,5%-ə endirilib.
Ötən 20 ildə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb, pensiya üzrə ödənilən illik vəsaitin həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatdırılıb".
A.Badamov qeyd edib ki, Prezident İlham Əliyevin 2003-cü ildə imzaladığı "Regionların Sosial İqtisadi İnkişafına dair Dövlət Proqram"larının dörd mərhələsinin icrası çərçivəsində son 20 ildə regionlarımıza 200 milyard dollara yaxın vəsait yatırılıb:
"Son 20 ildə 4000-ə yaxın məktəb binası, 740-dan çox səhiyyə müəssisəsi, 50  İdman Olimpiya Kompleksi, 21 min kilometrə yaxın müxtəlif təyinatlı yollar  yenidən qurularaq istifadəyə verilib. Ölkədə qazlaşma 51%-dən 98%-ə çatmış, elektrik enerji ilə  əhalinin təminatı idxaldan azad olunaraq fasiləsiz təmin olunur. Şəhərlərin və rayon mərkəzlərinin içməli su və kanalizasiya xidmətləri təminatının müasirləşdirilməsi ilə bağlı böyük layihələr icra olunub. Regionlarda aparılan quruculuq-bərpa işlərinin nəticəsi olaraq şəhərlə kənd arasındakı fərq aradan qalxıb, kəndlərdən şəhərə axın dayanaraq bu proses əks istiqamətə yönəldilib.
Azərbaycan dövləti  ölkənin yerləşdiyi coğrafiyasından düzgün istifadə edərək  regional və beynəlxalq layihələrin aktiv iştirakçısına çevrilib. Belə ki, istifadəyə verilmiş Bakı Beynəlxalq Ticarət Limanı, Ələt Azad İqtisadi zonası, Bakı Tbilisi Qars Dəmir Yolu, Şimal-Cənub və Qərb-Şərq Nəqliyyat Dəhlizləri Azərbaycanı beynəlxalq daşımaların əsas arteriyalarından birinə çevirib".
Deputat son 20 ildə Azərbaycanın iqtisadi gücünün artmasının ordu quruculuğu və müdafiə sənayesi sektorunun inkişaf etdirilməsinə yol açdığını əlavə edib:
"Dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsaitlər ayırmaqla Azərbaycan ordusunun döyüş arsenalı müasirləşdirilib, peşəkarlığı artırılıb və qarşısına qoyulduğu hər bir hərbi tapşırığı yüksək dəqiqliklə icra etməyə qadir orduya çevrilib. Bu gün ölkənin  müdafiə sənayesi sektorunda 200-dən çox adda məhsul istehsal olunur. Ordumuz dünyanın ən güclü 50 ordusu sırasına daxil olub.
Ordumuz öz gücünü 3 il əvvəl döyüş meydanında nümayiş etdirib. 44 gündə torpaqlarımızı azad edərək 30 illik erməni işğalına son qoyub. O cümlədən 19-20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirləri ilə 24 saat ərzində Qarabağda erməni separatizminin kökünü kəsərək,  öz gücünü dünyaya bir daha nümayiş etdirib. Ordumuz ölkəmizin suverənliyini göz bəbəyi kimi qoruyur və ola biləcək hər bir təhlükəni anındaca məhv etmək iqtidarındadır".
"Torpaqlarımızın işğaldan azad edilməsi məcburi köçkün ifadəsini də keçmişdə saxlamağımıza yol açdı. Prezidentin sərəncamı ilə 2022-2026-cı illərdə "Böyük Qayıdışa dair Dövlət Proqramı" imzalanıb. Bu proqrama əsasən, 2026-cı ilə qədər 8 şəhər və 100 kənd yenidən qurulub bərpa edilərək, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin ediləcək. Artıq 8 şəhər və 80-dən çox kəndin baş planları təsdiq olunub, tikinti işlərinə başlanılıb.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 7 milyard dollar vəsait ayrılıb, gələn ilin dövlət büdcəsində də daha 4 milyard manatın ayrılacağı nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərdə avtomobil və dəmir yolları yenidən tikilir, 2 beynəlxalq hava limanı istifadəyə verilib və 3-cü hava limanının tikintisi davam etdirilir, 30-dan çox kiçikhəcmli su elektrik stansiyası yenidən qurulub, Zəngilanda Dost Aqroparkının birinci mərhələsinin açılışı edilib. Ağalı, Laçın Zabux, Talış və s. kəndlər yenidən qurulub bərpa edilərək öz doğma sakinlərini qarşılayıb. Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qaytarılması prosesi davam edir.
Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti bütün ərazilərində suverenliyini bərpa edərək dünya çapında öz sözünü deyən çox nadir dövlətlərdən birinə çevrildi. Prezident hər bir azərbaycanlının prezidenti olduğunu təsdiq etdi. Ölkə başçımızın rəhbərliyi altında xalqımızı gələcəkdə də daha böyük uğurlar və zirvələr gözləyir", - deyə A.Badamov qeyd edib.
Nəzrin Vahid

Maraqlı       Tarix: 21 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI

2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI. 2024-cü ildə dünyada ən çox satılan telefon markalarının adları açıqlanıb. Məlum olub ki, bunlar "Apple" və "Samsung"dur. -ın məlumatına görə, b

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri son.xeber krminal bu gun xeberler bugun