Ölkə üzrə ən yüksək nəticə göstərən tələbə: "Xaricdə təhsil almağı düşünmürəm" - AÇIQLAMA

Ölkə üzrə ən yüksək nəticə göstərən tələbə: Ölkə üzrə ən yüksək nəticə göstərən tələbə: "Xaricdə təhsil almağı düşünmürəm" - AÇIQLAMA
"Qarşıma qoyduğum məqsədimə çatmaq üçün əzm və həvəslə çalışdım".
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Texniki Universitetini (AZTU) 99,36 bal ilə başa vuran Mirnizam Tağızadə deyib.
Ölkə üzrə ən yüksək nəticə göstərən tələbə: Xatırladaq ki, AZTU-nun  Xüsusi texnika və texnologiya fakültəsinin, Silah və silah sistemlərinin istehsal texnologiyası ixtisasının məzunu Mirnizam Tağızadə universiteti ölkə üzrə ən yüksək 99, 36 bal ilə başa vurub.
Onun sözlərinə görə, müəyyən çətinliklərin öhdəsindən gələrək bu yüksək nəticəni əldə edib:
"Qarşıma qoyduğum məqsədə çatmaq üçün əzm və həvəslə çalışdım. İstədiyim nailiyyəti əldə etdim. Hər bir uğura gedən yol müəyyən çətinliklərdən keçir. Hər birinin öhdəsindən gələrək bu yüksək nəticəni əldə etdim. Təhsilimi davam etdirmək üçün magistraturaya sənəd vermişəm".
M.Tağızadə xaricdə təhsil almağı düşünmədiyini qeyd edib:
"Xaricdə təhsil almağı düşünmürəm. Oxumaq istəyən üçün ölkəmizdə də gözəl şərait var. Magistr təhsilimi Azərbaycan Texniki Universitetində davam etdirəcəyəm. Artıq ixtisaslaşma seçimi də etmişəm. Arzum magistraturanı da yüksək nəticə ilə başa vurmaqdır. Xalqıma ixtisaslı kadr olaraq xidmət etməyi düşünürəm.
Bu nəticəni gözləmirdim. Çünki həmişə fikirləşirdim ki məndən yüksək nəticə toplayan kimsə ola bilər və buna görə də hər semestr daha əzmlə çalışırdım. Əlbəttə ki, ailəmin sevincinin həddi-hüdudu yox idi. Bu ixtisası seçməkdə mənə yol göstərən atama öz təşəkkürümü  bildirirəm. Öz ixtisasım üzrə işləməyi düşünürəm".
Mirnizam Tağızadə ölkə üzrə ən yüksək nəticə göstərdiyini dilə gətirib:
"Nəinki AZTU-da, mənim nəticəm bütün ölkə üzrə bu il üçün ən yüksək göstəricidir. Nəticəm bəlkə də illər əvvəl AZTU üçün gözlənilməz sayıla bilərdi. Son 3 ildə burada gedən inkişaf göz önündədir. Deyərdim ki, rektorumuz Vilayət müəllim universitetə təyin olunduqdan sonra AZTU sürətlə inkişaf edir. Qəbulda yüksək bal toplayanlar Texniki Universiteti seçir. Keçmişlə müqayisə aparmağı düzgün hesab etmirəm. Düşünürəm ki, nə yaxşı AZTU-nu seçmişəm.
Uşaqlıqda mühəndis olmaq istəyirdim. Böyüdüm və atamın da məsləhəti ilə istədiyim sahədə təhsil aldım. Atam mənim idealımdı. Onun məsləhətinə hər zaman qulaq asmışam.Düşünürəm ki, atam sağ olsaydı, o da mənlə fəxr edərdi. Məqsədim isə ölkəmizə layiq mütəxəssis olmaq və Azərbaycanın adını dünyada tanıtmaqdır".
Nəzrin Vahid

Maraqlı       Tarix: 08 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin


azerbaycan xeberleri yeni xeberler son xeberler az xeber xeberler bu qun krimnal bugun son.xabar