Ölümcül xəstəliklərin artması barədə - XƏBƏRDARLIQ
Koronavirus pandemiyası ilə əlaqədar zəifləmiş sanitar tədbirlər, adi peyvəndlərin kəsilməsi, Ukrayna və Əfqanıstandakı münaqişələr səbəbindən milyonlarla insanın məcburi köçkün olması bütün dünyada əsas yoluxucu xəstəliklərin yayılma riskini artırıb.
KONKRET.azxəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) xəbərdarlıq edib.
ÜST və UNICEF bu ilin yanvar və fevral aylarında dünyada qızılca xəstəliyinə yoluxma hallarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 79% artması ilə bağlı narahatlığını bildirib. 2022-ci ilin ilk iki ayında bütün dünyada 17 338 qızılca hadisəsi qeydə alınıb ki, bu da ötən ilin yanvar-fevral aylarında 9 665 nəfərlə müqayisədə xeyli çoxdur.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, koronavirus pandemiyası immunlaşdırma xidmətlərinin pozulmasına və qızılca da daxil olmaqla ölümcül xəstəliklərin artmasına səbəb olub. /Report
Turlar.az [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto