Oman Sultanlığına yeni təyin olunan səfirimiz kimdir? - DOSYE
Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
azxeber.com yeni təyin olunan səfirin dosyesini təqdim edir:
Rəşad Fail oğlu İsmayılov 7 iyun 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib.
1996-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsini bitirib.
1996-2003-cü illərdə Həyat Qeyri Hökümət Təşkilatının Beynəlxalq Hüquq Departamentinin rəisi olub.
2003-2005-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin "Yoxsulluğun aradan qaldırılması üzrə İnkişaf Proqramı"nın layihə rəhbəri olub. "Milli Sosial Müdafiə Sisteminin İnkişaf Proqramı"nın koordinatoru, Azərbaycan Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış "Milli Sosial Müdafiə Sisteminin İnkişafı" layihəsi üzrə ölkənin məşğulluq strategiyasının hazırlanmasında yaxından iştirak edib.
2008-2009-cu illərdə Latviyanın Parex Bankının törəmə müəssisəsi olan "Parex Leasing and Factoring" MMC-də biznesin inkişafı üzrə Baş Direktorun müavini, həmçinin Latviya-Azərbaycan Ticarət Palatasının rəhbəri olub.
2009-2010-cu illərdə Bank VTB-də (Azərbaycan) Korporativ müştərilərlə iş üzrə departamentin direktoru olub.
2011-2015-ci illərdə SOCAR - "Ekol Mühəndislik Xidmətləri" QSC-də baş direktorun müavini olub.
10.09.2015-ci il tarixində Prezident İlham Əliyev tərəfindən ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib və Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.
07.02.2018 tarixində Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Evlidir, iki övladı var.
İngilis, türk və rus dillərini bilir.
Turlar.az [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da