"Onda dərrakə çatmır, tutaq ki, Pakistan uduzdu, nə qazanacaqlar?" – Zərdüşt Əlizadə ilə MÜSAHİBƏ

İranın Pakistana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar dünyanın diqqət mərkəzindədir. Xatırladaq ki, cənub qonşumuzun Pakistan ərazisinə dron hücumları cavabsız qalmayıb və qarşı tərəf də İran ərazisinə aviazərbələr endirib.
Siyasi ekspertlər hesab edirlər ki, İran-Pakistan münaqişəsi regional təhlükə yarada və bölgədə yeni müharibənin alovlanmasına səbəb ola bilər. Bu ehtimal Azərbaycan üçün hansı nəticələr vəd edir? Bu münaqişədə Azərbaycan kimin yanında durmalıdır?
KONKRET.az-ın mövzuyla bağlı suallarını tanınmış politoloq Zərdüşt Əlizadə cavablandırıb. Beləliklə…
– Zərdüşt bəy, İran-Pakistan münaqişəsində rəsmi Bakının mövqeyi necə olmalıdır?
– Biz döyüş meydanından uzağıq. İranla dost münasibətlərinə malikik. Pakistanla münasibətlərimiz isə strateji müttəfiqlik səviyyəsindədir. Biz hər iki dövlətə münaqişəni dayandırmaq xahişi ilə müraciət etməliyik. Qaldı ki geniş müharibə ehtimalına, mən bu variantı istisna edirəm. Çünki nə Pakistana, nə də İrana böyük müharibə lazım deyil. Müharibə saysız-hesabsız fəlakətlər gətirə bilər.
– Maraqlıdır, bəs İranın Pakistan ərazisinə zərbələr endirməsinə səbəb vardımı?
– Qasım Süleymaninin məzarı ətrafında iki partlayış baş verdi, yüzdən artıq insan həlak oldu. İranın xüsusi xidmət orqanları isə ehtimal etdilər ki, kələfin bir ucu gedib Pakistana çıxır. Buna görə də Pakistan ərazisinə dronla zərbə endirdilər. Pakistan Hərbi Hava Qüvvələri də İran ərazisinə cavab zərbələri endirib. Hər iki tərəfdən həlak olanlar var.
– Proseslər hansı məcrada inkişaf edə bilər?
– İndi hər iki tərəf ehtirasları səngitmək üçün kifayət qədər ağır itkilər verməyə məcburdur. Bundan sonra mütləq dayanacaqlar. Belə hadisələr çox olur. İran həm də İraq ərazisində olan İsrail və Amerikaya məxsus obyektlərə zərbə endirib. Bu isə İraqın etirazına səbəb olub. Yəni belə proselər çox olur. Yaxın Şərq bölgəsi təəssüf ki, münaqişəli və gərgin bölgədir. Orada vaxtaşırı belə xoşagəlməz hadisələr yaşanır.
– Böyük miqyas alacağı təqdirdə münaqişənin Cənubi Qafqaz bölgəsinə mümkün təsirlərini necə dəyərləndirərdiniz?
– Bir daha xatırladıram ki, Azərbaycan münaqişə zonasından xeyli uzaqda yerləşir. Eyni zamanda İran bizə yaxın ölkədir. İran ərazisində 20 milyondan artıq azərbaycanlı yaşayır. Pakistan isə bizim dost ölkəmizdir. Deməli, bu münaqişə bizə heç cür əl  vermir, bu, bizi zəiflədə bilər. Ona görə də biz hər iki ölkənin dövlət başçılarına çağırış etməliyik ki, münaqişəni dayandırsınlar. Yox əgər müharibə başlasa, biz diplomatik xidmətlərimizi təklif edə bilərik. Onları Bakıya dəvət edəcəyik ki, gəlin outrun, danışın.
– Bu ehtimalın reallaşmasını nə dərəcədə mümkün sayırsınız?
– Məncə, hadisələr bu həddə qədər inkişaf etməyəcək. Münaqişə tərəfləri kifayət qədər təcrübəlidirlər və anlayırlar ki, genişmiqyaslı münaqişə hər iki dövlət üçün təhlükə və itkilər mənbəyidir.Elə bizə də Pakistanla İran arasında dostluq və mehribanlıq münasibətləri lazımdır. Çalışacağıq ki, buna yardım edək ki, münasibətlər bərpa olunsun.
– Ermənilərin İran-Pakistan qarşıdurmasından gözləntiləri var. Ermənistan bu münaqişədən hansısa dividentlər əldə edə bilərmi?
– Ermənistan o vəziyyətdə deyil ki, dünyanın hər hansı nöqtəsində baş verən hansısa prosesə təsir göstərə və ya ondan yararlana bilsinl Fərz edək ki, İranla Pakistan arasında müharibə başladı. İran Ermənistana dost ölkədir. Amma İran zəifləsə, bu, Ermənistanın hazırkı böhranlı vəziyyətinə necə təsir göstərə bilər? Mənə elə gəlir ki, təsiri olmayacaq. Yəni bu hadisələrin Ermənistana dəxli yoxdur. Pakistan qalib gəldi və ya məğlub oldu, Ermənistan bundan heç nə qazanmayacaq. Ermənistanın qarşısında Azərbaycan Respublikası dayanıb. Ermənistan öz milli təhlükəsizliyini təmin etmək üçün şərqində və cənubunda olan iki Türk dövləti ilə münasibətlərini tənzimləməlidir.
– Ermənistan bu fürsəti dəyərləndirmək imkanına sahibdirmi?
– Bunun üçün hər cür imkanlar var. Daşı ətəklərindən töküb düşmənçiliklərindən əl çəkməlidirlər. Beynəlxalq hüquq qaydalarına hörmət etsinlər və münasibətləri tənzimləsinlər. Azərbaycan Ermənistandan heç nə istəmir. Türkiyənin də Ermənistandan heç bir istəyi yoxdur. İstəyən tərəf Erfmənistan idi ki, xam xəyallarla yaşayırdı. Əsassız iddialar irəli sürürdü. İndi bu düşüncələrdən əl çəkmək vaxtıdır. Tarixin gedişatı Ermənistana sübut etdi ki, onun iddilarının heç bir əsası yoxdur. Bundan sonra ermənilərin heç bir imkanı qalmayıb. Gercəkliklə barışıb normal siyasət yürüdərlərsə, Azərbaycanla da, Türkiyə ilə də çox xoş münasibətlər qura bilər. Görünür, bu həqiqəti anlamaq üçün Ermənistanın siyasi rəhbərliyində dərrakə çatmır.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 19 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı cəbhədən ən son xəbər xəbər xeber