Onları o dünyada da bağışlamayacağam' - Xatirə halallıq vermədi
"Bu gün elə insanlar var ki, mən onları o dünyada da bağışlamayacağam".
azxeber.com xəbər verir ki, bu sözləri Xatirə İslam "Öz aramızda" verilişində deyib.
İslam bildirib ki, halallıq verməyəcəyi insanlar arasında sənət yoldaşları da var:
"Mənim küsülü olduğum insanlar var. Onları nə bu dünyada, nə o dünyada bağışlayacağam. Zamanı gələndə o dünyada ona verəcəm o sualı ki, "Niyə mənə bunu elədin? Əlimlə yemək verdiyim, yaxşılıq etdiyim, pis günündə əlindən tutduğum nankorları bağışlamaram!
Onların kimliyini də məndən başqa heç kim bilmir. Çox haqqıma giriblər və mən onu ömrümün sonuna qədər unutmayacağam, hesabını da soruşacağam. Onlara halallıq vermirəm. Bu insanların arasında sənət adamı da var, adi insanlar da var. Mənə çox stress yaşadıblar və mən bunu unutmayacağam.
İndi guya heç nə olmamış kimi öpüşürlər-görüşürlər mənimlə. Mən də üzlərinə gülürəm, amma hər şeyin zamanı var. Pislik edən insanla dalaşmağı vacib saymıram, kini ürəyimdə saxlayıram. Amma onunla hesablaşmağımın zamanı gələcək. Hətta bunun üçün o dünyaya tez getmək istəyirəm".
Aysel

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür