"Orada xüsusi bir bənd var…" - İlham Əliyev

"Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlar gedirdi. Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz mütləq öz əksini tapmalıdır".
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı deyib.
"O vaxt Ermənistan tərəfi buna razılıq vermək istəmirdi. Ancaq onun o qədər də böyük alternativləri də yox idi. Müharibə davam etdirilsəydi, əlbəttə, biz də itkilər verəcəkdik, amma Ermənistan daha çox itki verəcəkdi. Çünki onların qoşunları demək olar ki, mühasirədə idi və onları məhv etmək faktiki olaraq tam mümkün idi. Ona görə bunu istəməsələr belə Ermənistan buna razılıq verdi və o bəyanat hamıya bəllidir, orada xüsusi bir bənd var.
Ancaq İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addım atılmamışdır. Dəfələrlə biz bu məsələni həm Rusiyaya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir, bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu, dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq, bu barədə çox danışmaq istəmirəm", – Prezident bildirib.
Dövlət başçısı qeyd edib ki, fakt odur ki, Ermənistan bunu hər cür uzatmağa çalışıb, Rusiya isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi:
"Yəni fakt o idi ki, keçən ilin avqust ayına qədər məsələ dondurulmuş vəziyyətdə idi.
Amerika Birləşmiş Ştatlarında bu məsələyə yaxınlaşmağa başlayanda, – təqribən keçən ilin yaz aylarından, yazın əvvəlində başlanmış təmaslar nəticəsində artıq bu prosesə start verilmişdir, – təbii ki, Ermənistan-Azərbaycan normallaşma prosesinə öz töhfələrini verməyə çalışırdılar, buna hazır olduqlarını bildirirdilər. Təbii ki, bizim bir neçə önəmli şərtimiz var idi, o cümlədən Zəngəzur dəhlizi.
Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq – avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək. Yəni bu, məsələnin tarixçəsidir".

Siyasi       Tarix: 12 avqust 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var

Ermənistanda Rusiyada mümkün yeni səfərbərliklə bağlı iddia gündəmə gəlib. Bildirilir ki, oktyabr ayında Rusiyada genişmiqyaslı səfərbərlik elan olunacaq və bu səfərbərlikdən qaçan yüz minlərlə rus İrəvana gəlib kirayə ev axtaracaq

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib

Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nı təsdiq edib. xəbər verir ki, bununla bağlı dövlət başçısı yen

"Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq

"Bu, Şuşaya ilk səfərim deyil. Mən artıq 10 dəfədən çox Şuşa şəhərində olmuşam. Demək olar ki, Şuşaya vurulmuşam". xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmo

Madriddə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı olub - FOTOLAR

Madriddəki Pons Fondunda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılış mərasimi olub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, İspaniyada akkreditə olunmu

Tramp müharibənin bitmə zamanını açıqladı

İranla müharibə ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çata bilər. xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp Dallasa yola düşməzdən əvvəl "Endryus" hərbi bazasında jurnalistlər

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov

Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar üçün heç kim şərt qoymur. KONKRET.azxəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Rusiya danışıqlara açıqdır

Fərid Şəfiyevə 3 müavin də təyin edildi

Bu gün Fərid Rauf oğlu Şəfiyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlar

"Ermənistanda bir diktatura - bir nəfərin hakimiyyəti qurulub" - Danielyan

2018-ci ildən əvvəl Ermənistanda bir çox çatışmazlıqlar var idi, amma indi baş verənlər bununla müqayisə edilə bilməz. KONKRET.azxəbər verir ki, bunu politoloq Stepan Danielyan sentyabrın 11-də siyasi mülahizələrə görə təqi

İsraildən ŞOK HƏDƏ: "Tehranı azad edəcəyik"

İsrailin müdafiə naziri İsrael Kats yəhudi Yeni ili (Roş ha-Şana) bayramı ərəfəsində İranda yaşayan yəhudi icmasına müraciət edərək gələn il Tehrandakı vəziyyətin kökündən dəyişə biləcəyini bildirib. KONKRET.azxəbər veri


son xeberler yeni xeberler azerbaycan xeberleri maliyye xeberler bugun son xeberler bu gun en son xeberleri son xeberler 2026